Pleyeri seçin:
Tramp üçüncü dəfə prezidentliyə namizəd olacaq? | ABŞ lideri özü açıqladı
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Prezidenti Donald Tramp növbəti dəfə prezidentliyə namizəd olmayacağını bildirib.
Bu barədə o, CNBC telekanalına müsahibəsində deyib.
ABŞ lideri müsahibə zamanı müvafiq sualı cavablandırarkən bu addımı ehtimal etmədiyini vurğulayıb.
Jurnalistin prezidentliyə namizədliklə bağlı sualına Tramp "Xeyr. Yəqin ki, irəli sürməyəcəm" deyə cavab verib.
Qeyd edək ki, bundan əvvəl də Tramp oxşar açıqlama vermişdi. Hələ mayın 4-də ABŞ Prezidenti bildirmişdi ki, tərəfdarları onu davamlı olaraq gələcəkdə üçüncü müddətə namizədliyini irəli sürməyə inandırırlar, lakin o, bunu etmək niyyətində deyil. Buna baxmayaraq, Tramp özünü ölkə tarixində ən yaxşı reytinqlərə sahib prezident kimi görür.
Kopyalandı
#ABŞ teqi istifadə olunub
- Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI
- Munirin səfəri | Tehrandakı görüşdə hansı məsələlər müzakirə olunacaq? - Baku TV
- Müsadirə edilən neftin gəlirləri "Kəpənək xəstəliyi" olan xəstələrin müalicəsinə yönəldiləcək
- ABŞ-Kanada danışıqları ticarət münasibətlərində hansı dəyişikliklərə yol aça bilər? - Baku TV
- Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI
