Pleyeri seçin:

Tramp Ukraynanı Putinə “hədiyyə” edəcək? - Siyasətçidən Putini özündən çıxaracaq sözlər

01 aprel 2025 307 baxış

Donald Tramp ABŞ-ni diktatura rejiminə çevirməyə, xarici siyasətdə isə Amerikanın düşmənləri ilə əməkdaşlıq edərək dostlarına qarşı çıxmağa başlayıb.

Bu barədə “Hill” nəşrində amerikalı siyasətçi Con Kennet Uayt yazıb.

Analitik qeyd edir ki, İlon Maskın dəstəyi ilə Donald Tramp "köhnə yaxşı Respublikaçılar Partiyasını" faktiki olaraq məhv edərək, onu şəxsi siyasi ambisiyalarına nail olmaq üçün bir alətə çevirib.

Uaytın fikrincə, bu ambisiyalar Konqresin bir hissəsinin səlahiyyətlərini mənimsəmək və prezident vəzifəsini "amerikan üslubunda kral hakimiyyətinə" çevirməkdən ibarətdir:

“Burada isə sədaqət mükafatlandırılır, müxalif fikir isə boğulur. ABŞ-nin daxili siyasətində baş verənlər ölkənin dünya ilə münasibətlərinə də təsir edir".

Bu kontekstdə Uayt Trampın son diplomatik "nailiyyətlərini" xatırladır: İkinci Dünya müharibəsindən sonra dünyada sabitliyi təmin edən NATO-nun zəiflədilməsi, ABŞ-nin "yumşaq gücünü" qlobal miqyasda təşviq edən USAID agentliyinin ləğvi, Kanadanın anneksiyası ilə bağlı absurd bəyanatlar və s.

“Elə görünür ki, Prezident Trampın məqsədi Amerikanın düşmənlərinin yox, daha çox dostlarının ürəyinə qorxu salmaqdır. "Trampın inqilabı"nın açıq-aşkar qurbanı, xüsusilə də onun Putinə qarşı anlaşılmaz sevgisi səbəbindən, Ukrayna ola bilər. ABŞ-nin prioritetlərinin dəyişməsi o deməkdir ki, Ukrayna yavaş-yavaş Tramp və Putinin əlində olan çəkiclərlə xaça çəkilir", – o vurğulayıb.

Banner
Netanyahudan sonra nə baş verəcək: İran və Türkiyə üçün yeni ssenari? - AKTUAL GÜNDƏM

Netanyahudan sonra nə baş verəcək: İran və Türkiyə üçün yeni ssenari? - AKTUAL GÜNDƏM

Dünya
28 oktyabr 2026 307 baxış
Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI

Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 307 baxış
Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 307 baxış
Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Dünya
28 oktyabr 2026 307 baxış
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 307 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 307 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 307 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 307 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 307 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 307 baxış
Seçilmişlər
icon