Tramp və komandası qəbiristanlığı bir-birinə qatdı | Ölkəni silkələyən xəbər
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ-nin Respublikaçılar Partiyasının prezidentliyə namizədi Donald Tramp ölkə hərbçilərinə hörmətsizlik etməsi ilə gündəmə gəlib.
O, Arlinqton Milli Qəbiristanlığında dəfn olunan hərbçilərin məzarlarının önündə gülərək hər şeyin əla olduğuna işarə edən əl hərəkətini göstərib. Ölkənin Virciniya ştatında baş tutan bu hadisə insanlar tərəfindən ciddi tənqid olunub və onlara qarşı hörmətsizlik kimi qiymətləndirilib.
ABŞ Ordusunun Əfqanıstandan çıxarılması zamanı ölən 13 əsgərin taleyindən söhbət açan D.Trampın bu addımı birmənalı qarşılanmayıb.
D.Trampla yanaşı, ölənlərin ailə üzvləri də eyni formada kamera önünə keçiblər.
Baş verənlər bununla da yekunlaşmayıb. Prezidentliyə namizədin komandasının 2 üzvü qəbiristanlığın əməkdaşı ilə mübahisə edib. Mübahisə çəkilişin aparılması ilə bağlı olub.
Qəbiristanlıq işçisi komanda üzvlərinin çəkiliş aparmasına mane olmağa çalışsa da, o, təhqirlə üzləşib.
#ABŞ teqi istifadə olunub
- Munirin səfəri | Tehrandakı görüşdə hansı məsələlər müzakirə olunacaq? - Baku TV
- Müsadirə edilən neftin gəlirləri "Kəpənək xəstəliyi" olan xəstələrin müalicəsinə yönəldiləcək
- ABŞ-Kanada danışıqları ticarət münasibətlərində hansı dəyişikliklərə yol aça bilər? - Baku TV
- Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI
- Tehran seçkilərdən sonra gərginliyin artacağını gözləyir
