Tramp və Lyayen arasında razılıq | Ticarət tarifləri ilə bağlı nə dəyişəcək?
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ lideri Donald Trampla Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Şotlandiyada keçirilən görüşündə aylarla davam edən gömrük mübahisəsində razılıq əldə olunub.
Razılaşmanın detalları hələlik açıqlanmasa da, Avropa İttifaqından ABŞ-yə ixrac olunan məhsulların əvvəlki dövrlərlə müqayisədə daha yüksək gömrük rüsumlarına məruz qalacağı məlum idi.
Donald Tramp görüşdən əvvəl gömrük tariflərini 15 faizdən aşağı salmaq niyyətində olmadığını bəyan etmişdi. Aİ-nin danışıqlardakı əsas məqsədi isə ABŞ rəhbərliyinin əvvəlcə təklif etdiyi 30 faizlik tarifdən xeyli səviyyəli nəticə əldə etmək idi.
Ursula Fon der Lyayen görüş ərəfəsində mümkün razılaşmanı “bizim hər birimizin indiyədək imzaladığı ən böyük müqavilə” adlandırmışdı.
Bu arada, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen ABŞ Prezidenti Donald Trampla söhbəti zamanı onun danışıq bacarıqlarını qiymətləndirib. “Siz sərt danışıqlar aparan şəxs və sövdələşmə ustası kimi tanınırsınız”, ‒ deyə o bildirib.
Qeyd edək ki, siyasətçilər iyulun 27-də Şotlandiyada görüşüblər. Danışıqların ardından Tramp ABŞ-nin Avropa İttifaqı ilə ticarət sazişi imzaladığını elan edib. Ağ Ev rəhbəri bu sazişi “ən böyük” adlandırıb.
#Donald Tramp teqi istifadə olunub
- Son baş verənlərdən sonra ABŞ və İran arasında gərginlik yenidən pik həddə - Baku TV CANLI
- İsraildə seçkilər ərəfəsində Donald Tramp seçiciləri səsvermədə iştirak etməyə səsləyib
- Tramp seçim qarşısında | İran ABŞ ilə razılaşma üçün hansı şərti irəli sürdü? - YENİ BİR SƏHƏR
- Obama Trampı və ailəsini genişmiqyaslı korrupsiyada ittiham edib - Baku TV
- Vaşinqton Moskva ilə təmaslardan hansı nəticəni gözləyir? - Baku TV CANLI
