Pleyeri seçin:
Tramp və Makronun mübahisə etməsi belə ifşa olundu
Misirin Şarm əl-Şeyx şəhərində təşkil olunan Qəzza Sülh Sammiti ABŞ Prezidenti Donald Tramp və Fransa Prezidenti Emmanuel Makron arasında yaşanan gərgin anlarla yadda qalıb. Liderlərin fotosessiya zamanı kameralara tuş gələn 26 saniyəlik əl sıxışmasının, əslində, mübahisə olduğu ifşa edilib. "The Mirror" nəşrinin dərc etdiyi dodaq oxuyucusu Nikola Hiklinqin transkripsiyasına görə, Tramp Makronu onu "incitməkdə" günahlandırıb. Makronun məsələni "qapalı qapılar arxasında" həll etmək təklifinə baxmayaraq, Tramp onun əlini daha da sıxıb. Qeyd olunur ki, sammitdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Makron arasında da bənzər uzun əl sıxışma anı yaşanıb.
Kopyalandı
#Donald Tramp teqi istifadə olunub
- Trampdan İranla müharibə barədə kritik mesaj - Baku TV CANLI
- Dolların faizi yüksəldi, Tramp məyus oldu | "Ona görə risklidir ki..." - Baku TV
- ABŞ Prezidenti münaqişənin həlli ilə bağlı nikbin danışaraq razılaşma ehtimalını gündəmə gətirib
- Trampın İrlandiyanın birləşməsinə dəstək ifadə etməsi Britaniyada müzakirələrə səbəb olub - Baku TV
- Ankoric görüşündə hansı razılıq əldə olunmuşdu? | Lavrov niyə Qərbi ittiham etdi? - Baku TV
