Tramp və Putin arasında "torpaq söhbəti" | Savaşın sonu yaxınlaşır, yoxsa...?
Yeniliklərdən dərhal xəbərdar olun
“Reuters” yazır ki, Alyaskada keçirilən sammitdə Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp Ukrayna ilə bağlı sülh planını müzakirə ediblər.
Mənbələrin məlumatına görə, Rusiya işğal etdiyi bəzi kiçik ərazilərdən imtina etməyə hazırdır, əvəzində Kiyev Donetsk və Luqanskdan tamamilə geri çəkilməlidir.
Razılaşmaya əsasən, Moskva Xerson və Zaporojyedə cəbhə xəttini dondurmağı qəbul edə bilər, lakin Krım üzərində suverenliyinin tanınmasını da tələb edir. Rusiya həmçinin Ukraynada rus dilinin rəsmi status almasını və Pravoslav Kilsəsinin sərbəst fəaliyyətini istəyir.
Tramp isə Avropa liderləri ilə danışıqlarda Ukraynaya NATO üzvlüyü olmadan “Maddə 5”ə bənzər təhlükəsizlik zəmanətləri mövzusunu gündəmə gətirib. Lakin Kiyev Donetskdən geri çəkilməyi qəti şəkildə rədd edib və bu bölgəni həyati müdafiə xətti adlandırıb.
#Donald Tramp teqi istifadə olunub
- Son baş verənlərdən sonra ABŞ və İran arasında gərginlik yenidən pik həddə - Baku TV CANLI
- İsraildə seçkilər ərəfəsində Donald Tramp seçiciləri səsvermədə iştirak etməyə səsləyib
- Tramp seçim qarşısında | İran ABŞ ilə razılaşma üçün hansı şərti irəli sürdü? - YENİ BİR SƏHƏR
- Obama Trampı və ailəsini genişmiqyaslı korrupsiyada ittiham edib - Baku TV
- Vaşinqton Moskva ilə təmaslardan hansı nəticəni gözləyir? - Baku TV CANLI
