Tramp yeni təyyarəsini bəyəndi | “ABŞ beləsini hazırlaya bilməzdi”
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Prezidenti Donald Tramp Qətərin hədiyyə etdiyi yeni "Air Force One" təyyarəsini yüksək qiymətləndirərək, Vaşinqtonun belə bir təyyarəni inşa edə bilməyəcəyini bildirib.
Bu barədə CNN məlumat yayıb.
Tramp Şimali Dakota ştatına yola düşməzdən əvvəl jurnalistlərə açıqlamasında bildirib ki, prezident təyyarəsinin uyğunlaşdırılması prosesi artıq başa çatıb və o, ilk uçuşu səbirsizliklə gözləyir.
"İlk uçuşu səbirsizliklə gözləyirəm. Bütün işlər artıq başa çatıb. Təyyarə prezident üçün uyğunlaşdırılıb. Bu, təhlükəsizlik sistemlərinin və digər xüsusi avadanlıqların quraşdırılması deməkdir. Hər şey çox mürəkkəbdir, amma nəticə həqiqətən möhtəşəmdir", – deyə Tramp bildirib.
ABŞ Prezidenti qeyd edib ki, bu təyyarədən yeni Amerika prezident təyyarələri hazır olana qədər, təxminən iki il istifadə edəcək.
Tramp təyyarənin texniki imkanlarını da yüksək qiymətləndirərək bildirib: "Düzü, biz belə bir təyyarə hazırlaya bilməzdik. Çünki buna bu qədər pul xərcləməyə hazır olmazdıq. Onlar xərclərə qənaət etməyiblər".
CNN xatırladır ki, Tramp bu ayın əvvəlində yeni təyyarəni Endryus aviabazasında təqdim edərək onu "dünyanın ən dəbdəbəli təyyarəsi" adlandırıb.
Hazırda Boeing şirkəti üç "Boeing 747-800" təyyarəsini prezident üçün nəzərdə tutulmuş "VC-25B" modifikasiyasına uyğunlaşdırır. Onlardan biri Qətərin ABŞ-yə hədiyyə etdiyi təyyarədir və yeni prezident təyyarələri tam hazır olana qədər keçid dövründə istifadə ediləcək. İşlərin təxminən iki ildən sonra başa çatacağı gözlənilir.
#ABŞ teqi istifadə olunub
- Munirin səfəri | Tehrandakı görüşdə hansı məsələlər müzakirə olunacaq? - Baku TV
- Müsadirə edilən neftin gəlirləri "Kəpənək xəstəliyi" olan xəstələrin müalicəsinə yönəldiləcək
- ABŞ-Kanada danışıqları ticarət münasibətlərində hansı dəyişikliklərə yol aça bilər? - Baku TV
- Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI
- Tehran seçkilərdən sonra gərginliyin artacağını gözləyir
