Trampa hərbi əməliyyatların planları təqdim edildi
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ hərbçiləri Prezident Donald Trampa Venesuelaya qarşı yerüstü hədəflərə zərbələr də daxil olmaqla, mümkün hərbi əməliyyatların yenilənmiş planlarını təqdim ediblər.
Bu barədə CBS telekanalı mənbələrə istindən məlumat yayıb.
Qeyd olunur ki, Ağ Evdə keçirilən müşavirədə Pentaqon rəhbəri Pit Heqset və ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsinin sədri Den Keyn iştirak ediblər. Onlar Trampa yaxın günlərdə ABŞ hərbçiləri tərəfindən həyata keçirilə biləcək tədbirlər barədə məlumat veriblər.
Vurğulanır ki, Vaşinqton administrasiyası bu məsələ ilə bağlı hələlik hər hansı yekun qərar qəbul etməyib. Mümkün hərbi əməliyyatların detalları açıqlanmır.
Ağ Evin mətbuat katibi Kerolayn Livitt isə ötən gün jurnalistlər üçün keçirilən brifinqdə bildirib ki, ABŞ Karib hövzəsində narkotiklərin daşınmasının qarşısını almağa yönəlmiş güc tətbiqini davam etdirmək niyyətindədir.
#ABŞ teqi istifadə olunub
- Munirin səfəri | Tehrandakı görüşdə hansı məsələlər müzakirə olunacaq? - Baku TV
- Müsadirə edilən neftin gəlirləri "Kəpənək xəstəliyi" olan xəstələrin müalicəsinə yönəldiləcək
- ABŞ-Kanada danışıqları ticarət münasibətlərində hansı dəyişikliklərə yol aça bilər? - Baku TV
- Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI
- Tehran seçkilərdən sonra gərginliyin artacağını gözləyir
