Trampa qarşı böyük etiraz | Çikaqo merindən gözlənilməz zərbə!
Yeniliklərdən dərhal xəbərdar olun
“Çikaqonun müdafiəsi təşəbbüsünün başlanğıcı olan fərman imzaladım. Bu layihə ilə Çikaqonun hər bir sakini öz hüquqlarını biləcək”.
Bu barədə Çikaqonun meri Brendon Conson məlumat verib.
O bildirib ki, şəhərin bütün orqanları sakinləri federal hökumətin addımlarından qorumaq üçün səfərbər olub:
“Çikaqo polisi hərbçilərlə patrul əməkdaşlığı etməyəcək. Nəzarət-buraxılış məntəqələrində polislərimiz qarovul çəkməyəcəklər. Onsuz da onlar cinayətkarlıqla kifayət qədər mübarizə aparırlar. Bunu prezidentin maraqları üçün etməyəcəklər.
Məlumat almışıq ki, yaxın zamanlarda federal hökumət Çikaqoda hərbi fəaliyyətə başlayacaq. Hərbçilərin miqrasiya nəzarəti ilə məşğul olacağı gözlənilir. Zirehli hərbi texnika da görə bilərik, amma belə bir çağırışımız olmayıb. Konstitusiyamızı, şəhərimiz və sakinləri qoruyacağıq. Evsiz çikaqoluların federal agentlərin təqibinə məruz qalmasına baxmaq istəmirik”.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp bəzi şəhərlərdə cinayətkarlıqla mübarizə tədbirlərini gücləndirəcəyini açıqlayıb. Demokratların nəzarətində olan şəhərlərin rəhbərliyi isə buna etiraz edir.
#ABŞ teqi istifadə olunub
- 2,5 min dəniz piyadası regiona göndərilib
- Vəsait infrastrukturun bərpasına və yeni fəlakət risklərinin azaldılmasına yönəldiləcək
- Trampdan miqrasiya ilə bağlı kritik mesaj | Qərb daha sərt qərarlar verəcək? - Baku TV
- Pezeşkiandan xəbərdarlıq: İqtisadi təzyiq Tehranı danışıqlara aparacaq? - Baku TV
- İran ABŞ-nin Bəhreyndəki hərbi bazalarını vurdu?
