Trampa qarşı bunu edəcəyimə söz verirəm | Frilanddan qalmaqallı açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
Kanadanın Liberal Partiyası Castin Trüdonun istefasından sonra yenidən seçkilərə hazırlaşır.
Keçmiş maliyyə naziri və Baş nazirin müavini Kristia Friland Liberal Partiya rəhbərliyinə və baş nazirliyə namizədliyini açıqlayıb.
O, Trampla mübarizə aparacağına söz verib.
K.Friland çıxışında ABŞ-nin yeni prezidentinə qarşı sərt fikirlər səsləndirib və özünü “Trampın qorxduğu lider” kimi qələmə verib.
O, ABŞ-nin Kanada idxalına 25 faiz rüsum tətbiq etmə planına da cavab verib:
“Bizi vursanız, sizi vuracağıq. Kanada ABŞ-nin indiyə qədər gördüyü ən böyük ticarət zərbəsini vurmağa hazırdır. Tramp məni sevmir, çünki mən Kanadanın maraqları üçün möhkəm və effektiv çıxış etmişəm. O, zəif liderlərə üstünlük verir. Lakin Kanadaya Trampdan qorxmayan lider lazımdır”.
#ABŞ teqi istifadə olunub
- Munirin səfəri | Tehrandakı görüşdə hansı məsələlər müzakirə olunacaq? - Baku TV
- Müsadirə edilən neftin gəlirləri "Kəpənək xəstəliyi" olan xəstələrin müalicəsinə yönəldiləcək
- ABŞ-Kanada danışıqları ticarət münasibətlərində hansı dəyişikliklərə yol aça bilər? - Baku TV
- Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI
- Tehran seçkilərdən sonra gərginliyin artacağını gözləyir
