Trampa sui-qəsd cəhdi | Bayden xalqa çağırış etdi
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Prezidenti Co Bayden respublikaçı rəqibi Donald Trampa sui-qəsd cəhdini pisləyərək xalqı birləşməyə çağırıb.
Ağ Evdən verdiyi açıqlamada C.Bayden həmçinin qeyd edib ki, o, Pensilvaniyada baş verənlərlə bağlı hərtərəfli araşdırma aparılmasına göstəriş verib.
“ABŞ-də bu cür zorakılıq üçün yer yoxdur. Həyata qəsd millət olaraq müdafiə etdiyimiz hər bir şeyə ziddir. Biz kim olduğumuzu nümayiş etdirmək üçün bir araya gəlməliyik”, – deyə C.Bayden bildirib.
O əlavə edib ki, şənbə günü baş verən hadisədən sonra D.Trampla qısa, lakin yaxşı söhbət edib.
Ağ Evin rəhbəri əlavə edib ki, hücumun motivi hələlik məlum deyil və tələsik nəticə çıxarmamağa çağırıb.
C.Bayden vurğulayıb ki, o, D.Trampın davamlı təhlükəsizliyini təmin etmək üçün lazım olan bütün resurslar, imkanlar və qoruyucu tədbirləri təmin etmək üçün Məxfi Xidmətə müraciət edib.
Bu arada, ABŞ Prezidenti Co Bayden ölkənin keçmiş lideri Donald Trampın atəşə tutulmasından sonra iyulun 15-nə planlaşdırılan Texas səfərini təxirə salıb.
#Co Bayden teqi istifadə olunub
- Donald Tramp yenidən sabiq prezident Baydeni ittiham edib - Baku TV CANLI
- Tramp Obama və Baydenin Tehranla bağlı siyasətini sərt tənqid edib
- 907-ci düzəlişin qəbul edilməsində Co Baydenin rolu
- Co Bayden 907-ci düzəlişin qəbul edilməsində çox böyük fəallıq göstərib | İlham Əliyev - Baku TV
- “Azərbaycana qarşı ədalətsiz düzəlişi qəbul etdilər” | Prezidentdən açıqlama - Baku TV
