Trampa sui-qəsd cəhdi edən şəxsin kimliyi bilindi
Yeniliklərdən dərhal xəbərdar olun
Rayan Uesli Rut Florida ştatında Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampa qarşı sui-qəsd cəhdində şübhəli bilinir.
Bu barədə xarici KİV-də məlumat verilib.
Bildirilib ki, Rut avtomatının lüləsini Palm-Biçdə “Trump International Golf Club”un hasarından keçirib. Şübhəli şəxs Amerika administrasiyasının keçmiş rəhbərindən 270-450 m aralıda olub. Hadisə Pensilvaniya ştatının Batler dairəsində baş verib.
Qeyd edək ki, bu, son iki ay ərzində Trampa qarşı edilən ikinci sui-qəsddir. O, bundan öncə iyulun 13-də seçkiqabağı mitinqdə güllələnib. Atəş açan 20 yaşlı amerikalı Tomas Metyu Kruks ABŞ-nin birinci şəxslərini, prezidentliyə namizədləri və keçmiş liderləri qoruyan Məxfi Xidmətin əməkdaşları tərəfindən zərərsizləşdirilib. Federal Təhlükəsizlik Bürosu hər iki hadisəni sui-qəsd cəhdi kimi qiymətləndirib.
#ABŞ teqi istifadə olunub
- Munirin səfəri | Tehrandakı görüşdə hansı məsələlər müzakirə olunacaq? - Baku TV
- Müsadirə edilən neftin gəlirləri "Kəpənək xəstəliyi" olan xəstələrin müalicəsinə yönəldiləcək
- ABŞ-Kanada danışıqları ticarət münasibətlərində hansı dəyişikliklərə yol aça bilər? - Baku TV
- Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI
- Tehran seçkilərdən sonra gərginliyin artacağını gözləyir
