Trampdan gözlənilməz açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna müharibəsinin sona çatması üçün tezliklə razılaşmaların əldə oluna biləcəyini ehtimal edib.
O bunu Ağ Evdə jurnalistlərə deyib.
Məlumata görə, Tramp bildirib ki, Ukrayna nizamlama məsələsində tələsməlidir. Onun fikrincə, Kiyev sülh prosesində ləng davranır.
"Mən dəfələrlə demişəm ki, səkkiz müharibəni həll etmişəm. Düşmənçilik və nifrət səbəbindən Ukraynada bunu etmək düşündüyümüzdən daha çətin oldu, lakin hələ də şansımız var, bəlkə də yaxın zamanda razılaşma əldə olunar", – deyə Tramp əlavə edib.
Bu arada, Ukrayna Prezidenti Volodimir Zelenski Polşaya rəsmi səfər edib. Dekabrın 19-da Zelenskinin polşalı həmkarı Karol Navrotski ilə görüşü keçiriləcək. Daha sonra iki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə geniştərkibli görüş baş tutacaq, ardınca liderlər mətbuata birgə bəyanatlarla çıxış edəcəklər.
#Donald Tramp teqi istifadə olunub
- Son baş verənlərdən sonra ABŞ və İran arasında gərginlik yenidən pik həddə - Baku TV CANLI
- İsraildə seçkilər ərəfəsində Donald Tramp seçiciləri səsvermədə iştirak etməyə səsləyib
- Tramp seçim qarşısında | İran ABŞ ilə razılaşma üçün hansı şərti irəli sürdü? - YENİ BİR SƏHƏR
- Obama Trampı və ailəsini genişmiqyaslı korrupsiyada ittiham edib - Baku TV
- Vaşinqton Moskva ilə təmaslardan hansı nəticəni gözləyir? - Baku TV CANLI
