Trampdan gözlənilməz açıqlama: Müharibə davam edəcək
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Prezidenti Donald Tramp yaxın bir neçə gün ərzində rusiyalı həmkarı Vladimir Putinə zəng etməyə hazırlaşır.
Amerika lideri Ağ Evdə jurnalistlərə deyib ki, Ukrayna ətrafındakı vəziyyəti müzakirə etmək üçün Putinə zəng edəcək.
“Mən Vladimir Putinlə danışacağam. Onunla bu həftənin sonunda söhbətləşməyi planlaşdırıram”, – deyə Tramp söyləyib.
O, Ukraynada atəşkəs üçün Rusiya liderindən razılıq almağa ümid etdiyini bildirib:
“Necə deyərlər, tanqo üçün iki nəfər lazımdır, düzdür? Ona görə də ümid edirəm ki, o da razılaşacaq. Bu, doğrudan da düşünürəm ki, işin 75 faizi olacaq. Qalan məsələlər sənədlərin rəsmiləşdirilməsi, torpaqlar üzrə danışıqlar və digər məsələlərdir”.
Tramp əlavə edib ki, iki ölkənin nümayəndələri Ukrayna məsələsi üzrə görüşəcəklər.
“Əgər Vaşinqton Moskvanı atəşkəsə razılıq verməyə inandıra bilməsə, o zaman Ukraynada münaqişə davam edəcək”, – deyə Ağ Ev rəhbəri vurğulayıb.
O, Ukrayna Prezidenti Volodimir Zelenskini yenidən Ağ Evə dəvət edə biləcəyini də söyləyib.
#Donald Tramp teqi istifadə olunub
- Son baş verənlərdən sonra ABŞ və İran arasında gərginlik yenidən pik həddə - Baku TV CANLI
- İsraildə seçkilər ərəfəsində Donald Tramp seçiciləri səsvermədə iştirak etməyə səsləyib
- Tramp seçim qarşısında | İran ABŞ ilə razılaşma üçün hansı şərti irəli sürdü? - YENİ BİR SƏHƏR
- Obama Trampı və ailəsini genişmiqyaslı korrupsiyada ittiham edib - Baku TV
- Vaşinqton Moskva ilə təmaslardan hansı nəticəni gözləyir? - Baku TV CANLI
