Trampdan İran və İsrailə təcili mesaj | İsrailin şəhəri şiddətli atəşə tutuldu
Yeniliklərdən dərhal xəbərdar olun
İsrailin Beer-Şeva şəhəri atəşə tutulub.
Dağıntılar qeydə alınıb, 5 nəfər ölüb, azı 20 xəsarət alan var.
Yaralananlar daha əvvəl raket zərbəsinə məruz qalan Soroka xəstəxanasına çatdırılıb. Dağıntılar altında axtarışlar davam edir.
Qeyd edək ki, bu hücum İsrail və İran arasında atəşkəs razılığından əvvəl baş verib.
İyunun 24-də gecə saatlarında İranın xarici işlər naziri Abbas Ərağçi bildirmişdi ki, atəşkəs barədə sənəd mövcud deyil, amma İsrail Tehran vaxtı ilə gecə 4-ə kimi hücumları dayandırsa, İran Təl-Əvivə zərbələr endirməyəcək. Çünki həmin saatlara qədər İsrail də Tehran və digər şəhərləri atəşə tutub. Ölən və yaralananlar olub. İndi isə Tehran küçələrində sakitlik hökm sürür, savaş həyəcanı qalmayıb.
Bu arada, ABŞ Prezidenti Donald Tramp tərəflərə atəşkəs çağırışı edib: “Atəşkəs qüvvəyə minib, xahiş edirəm razılaşmanı pozmayın”.
#Donald Tramp teqi istifadə olunub
- Son baş verənlərdən sonra ABŞ və İran arasında gərginlik yenidən pik həddə - Baku TV CANLI
- İsraildə seçkilər ərəfəsində Donald Tramp seçiciləri səsvermədə iştirak etməyə səsləyib
- Tramp seçim qarşısında | İran ABŞ ilə razılaşma üçün hansı şərti irəli sürdü? - YENİ BİR SƏHƏR
- Obama Trampı və ailəsini genişmiqyaslı korrupsiyada ittiham edib - Baku TV
- Vaşinqton Moskva ilə təmaslardan hansı nəticəni gözləyir? - Baku TV CANLI
