Trampdan İran və Venesuela ilə bağlı açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
“ABŞ Venesuela ilə birbaşa dialoqa hazırdır”.
Bunu ABŞ lideri Donald Tramp Ağ Evdə Səudiyyə Ərəbistanı vəliəhdi və Baş nazir Məhəmməd bin Salman Al Saudla görüşdə deyib.
“Danışıqlara hazıram. Mən hamı ilə danışıram”, – deyən Tramp venesuelalı həmkarı Nikolas Maduro ilə danışıqların mümkünlüyü barədə suala cavab verərkən bildirib.
Bundan əlavə, Ağ Ev rəhbəri Venesuelanı ABŞ-yə məhbuslar və narkotik göndərməkdə ittiham edib, Vaşinqtonun isə qanunsuz miqrantları dərhal geri göndərdiyini vurğulayıb.
Karakasa ünvanlanan sərt tənqidlərə baxmayaraq, Tramp dialoqa açıq olduğunu söyləyib.
“CNN”in məlumatına görə, Nikolas Maduro bir neçə kanal vasitəsilə Donald Trampla əlaqə qurmağa çalışır. Noyabrın 18-də Tramp Venesuelaya qarşı bütün mümkün tədbirləri nəzərdən keçirdiyini, o cümlədən quru hərbi əməliyyatının aparılmasını istisna etmədiyini bildirib.
İranla münasibətlərdən də danışan Donald Tramp Tehranla mümkün sazişə açıq olduğunu deyib. O qeyd edib ki, tərəflər artıq bu mövzuda müzakirələrə başlayıb.
#ABŞ teqi istifadə olunub
- Munirin səfəri | Tehrandakı görüşdə hansı məsələlər müzakirə olunacaq? - Baku TV
- Müsadirə edilən neftin gəlirləri "Kəpənək xəstəliyi" olan xəstələrin müalicəsinə yönəldiləcək
- ABŞ-Kanada danışıqları ticarət münasibətlərində hansı dəyişikliklərə yol aça bilər? - Baku TV
- Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI
- Tehran seçkilərdən sonra gərginliyin artacağını gözləyir
