Trampdan Maskla bağlı vacib açıqlama | Heyrətamiz insandır, amma...
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Prezidenti Donald Tramp Hökumətin Effektivliyi Departamentinə rəhbərlik edən İlon Maskın Ağ Evdəki işinin başa çatacağını və mayın sonunda DOGE proqramının bağlanacağını deyib.
Bu barədə Tramp mətbuata açıqlamasında bildirib.
Onun sözlərinə görə, Maskın fəaliyyətinin yüksək qiymətləndirilməsinə baxmayaraq, o, tezliklə şirkətlərini idarə etməyə qayıda bilər.
ABŞ lideri Maskı hökumətdə mümkün qədər uzun müddət saxlamaq istədiyini, lakin onun müvəqqəti təyinatının may ayında başa çatacağını vurğulayıb. “O, heyrətamizdir, amma həm də onun idarə edəcəyi böyük bir şirkəti olduğunu düşünürəm və buna görə də nə vaxtsa geri qayıdacaq. O, bunu istəyir. Bacardığım qədər onu uzun müddət saxlayardım”, – deyə Donal Tramp bildirib.
#ABŞ teqi istifadə olunub
- Munirin səfəri | Tehrandakı görüşdə hansı məsələlər müzakirə olunacaq? - Baku TV
- Müsadirə edilən neftin gəlirləri "Kəpənək xəstəliyi" olan xəstələrin müalicəsinə yönəldiləcək
- ABŞ-Kanada danışıqları ticarət münasibətlərində hansı dəyişikliklərə yol aça bilər? - Baku TV
- Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI
- Tehran seçkilərdən sonra gərginliyin artacağını gözləyir
