Trampdan qalmaqallı plan | Bu, ABŞ tarixinin ən böyük hadisəsi olacaq!
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp ölkənin əsas düşməninin Venesuelanın “Tren de Araqua” bandası olduğunu bildirib.
Bu barədə “The New York Post” yazıb.
“İlk gün mən Amerika tarixində ən böyük deportasiya proqramını işə salacağam. Biz bütün bu quldurları qovmalıyıq. Tutulan hər şəhəri və qəsəbəni xilas edəcəyəm. Bu qaniçən cinayətkarları zindana atıb, sonra da ölkədən qovacağıq”, – D.Tramp 1789-cu il Xarici Düşmənlər Aktını işə salmaqla hədələyərək deyib.
Qeyd edək ki, banda Venesuelada təxminən 15 il əvvəl yaranıb. Amerika təhlükəsizlik qüvvələri dəstəni bir anda bir neçə ölkədə – Peru, Çili və Kolumbiyada milli təhlükəsizliyə təhdid adlandırıb.
Brazilya, Ekvador, Boliviya və Kosta-Rikada bandanın hüceyrələri də fəaliyyət göstərir.
Bundan əlavə, ABŞ Daxili Təhlükəsizlik Departamenti bildirib ki, dəstə üzvləri ölkənin ən böyük 16 ştatında daimi fəaliyyət göstərir.
#Venesuela teqi istifadə olunub
- Venesuelada neft hasilatı ilə bağlı son illərin rekord nəticəsi
- Keçmiş prezident siyasi rəqiblərinə işgəncə verməkdə günahkar bilinir
- Maduronun devrilməsindən sonra Venesuelanın neft bazarında böyük dəyişiklik başlayır - Baku TV
- Tərəflər uzun illərdən sonra enerji sektorunda yeni əlaqələr qurur - Baku TV CANLI
- Venesuelada seçkilərin keçirilməsi məsələsi yenidən gündəmə gəlib
