Trampdan sonra qəhvəyi kresloya kim sahib olacaq? | Namizədlərin adı açıqlandı
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ-nin müdafiə naziri Pit Heqset 2026-cı ildə Tenessi ştatının qubernatoru seçilmək istəyir.
Məlumata görə, o, müsbət qərar qəbul olunacağı təqdirdə Pentaqonun rəhbəri vəzifəsini tərk etməli olacaq. Tenessi kimi mühüm ştata rəhbərlik növbəti prezident seçkilərinə qatılmaq üçün böyük imkandır. Hazırkı qaydalara görə, 2028-ci ildəki prezident seçkilərində Donald Tramp iştirak edə bilməyəcək. Onsuz da Ağ Ev rəhbəri həmin tarixdə siyasətdən gedəcəyini bildirib. Bu isə komanda daxilində birincilik üçün yarışın başlanmasına səbəb olub.
Heqset Respublikaçılar Partiyasındakı rəqabətdən xəbərdardır və buna görə də özünə müstəqil siyasi imic formalaşdırmağa çalışır. Müdafiə naziri ilə bərabər Tramp komandasının daha 2 üzvü – vitse-prezident Cey Di Vens və Dövlət katibi Marko Robio da Ağ Evin yeni rəhbəri olmaq üçün indidən hazırlıqlar aparır.
Cey di Vens əsas diqqəti Trampın "Make America Great Again” hərakatının liderliyinə yönəldib. Onun özü 2028-ci ildə prezidentliyə namizəd olmayacağını açıqlasa da, tərəfdarları artıq təbliğatını aparırlar. Tramp özü də bir neçə dəfə Cey Di Vensin varisliyini yüksək qiymətləndirib. Marko Robio isə Trampdan sonra hazırkı hakimiyyətin ən nüfuzlu üzvüdür. Buna rəğmən Robionun partiya daxilində bir o qədər də nüfuzu yoxdur.
Prezidentliyə vahid namizədi isə partiya üzvləri seçəcək. Bu baxımdan Pit Heqsentin nazir vəzifəsini qubernatorluğa dəyişməsi başa düşüləndir.
#Cey Di Vens teqi istifadə olunub
- ABŞ husilərlə bağlı hadisələrin inkişafını diqqətdə saxlamağa davam edəcəyini açıqlayıb
- Vens İrana qarşı mümkün təxribat əməliyyatlarından danışıb
- ABŞ-nin İranla müharibə planında əsas məqsədinin nə olduğu bildirildi - Baku TV
- Trampın siyasi irsi uğrunda mübarizə | Respublikaçılar Partiyası Vensi hədəfə aldı
- Trampın Türkiyə səfəri İsraili narazı salıb? | Bölgədə vəziyyət necə olacaq? - Baku TV
