Trampdan Ukraynanı silkələyəcək sözlər | Avropa Baydendən ağıllı çıxdı, çünki...
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Prezidenti Donald Tramp Ukraynanın faydalı qazıntıları ilə bağlı danışıqları uğursuz hesab etmədiyini bildirib.
O, Ukraynada məhsuldar torpaqların, nadir rast gəlinən münbit ərazilərin mövcudluğundan danışaraq imzalanacaq sazişin ABŞ iqtisadiyyatı üçün çox vacib olduğunu deyib:
"Düşünürəm ki, bu, bizim üçün böyük bir işdir. Çünki axmaq Bayden 300-350 milyard dolları Ukraynaya elə-belə verib. Bilirsinizmi, nə baş verdi? Biz heç nə almadıq. Biz sadəcə o qədər pulu verdik. Biz bütün ABŞ Hərbi Dəniz Qüvvələrimizi 350 milyard dollara yenidən qura bilərdik. Bir fikirləşin. İndi isə biz hər şeyi, hətta daha çoxunu geri qaytarırıq".
Tramp Ukraynaya hərbi yardımı dayandırmaq qərarı ilə bağlı suala cavab verməyib. Prezident həmçinin ABŞ-nin yeni xarici siyasətinin əsasən Moskvanın baxışları ilə üst-üstə düşdüyü qənaətindədir. O bildirib ki, onlar həm Rusiya, həm də Ukrayna ilə danışıqlar aparmalı olacaqlar. Bundan əlavə, Avropa ölkələrinin razılığını almaq da lazım gələcək.
"Hesab edirəm ki, hamı bir otaqda bir araya gəlməlidir və biz razılaşmalıyıq. Avropa Ukraynaya ABŞ-dən daha çox kömək etməli idi. Lakin onlar Co Baydendən daha ağıllı çıxdı”, – deyə D.Tramp bildirib.
#ABŞ teqi istifadə olunub
- Vaşinqton həm müharibəyə, həm də sülhə hazırlaşır?
- ABŞ-İran qarşıdurmasında sülh ehtimalı nə qədər realdır? - Baku TV
- Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI
- Munirin səfəri | Tehrandakı görüşdə hansı məsələlər müzakirə olunacaq? - Baku TV
- Müsadirə edilən neftin gəlirləri "Kəpənək xəstəliyi" olan xəstələrin müalicəsinə yönəldiləcək
