Trampdan xəbərdarlıq | "İran üçün zaman daralır, danışıqlara tez qoşulmaq lazımdır" - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Prezidenti Donald Tramp bildirib ki, İran Vaşinqtonla mümkün razılaşmanın əldə olunmasında tələsməlidir.
O bu barədə "Truth Social" sosial şəbəkə hesabında yazıb.
"Saat işləyir və İranın tələsməsi daha yaxşı olardı, əks halda, onlardan heç nə qalmayacaq. Vaxt gözləmir", – deyə paylaşımda bildirilir.
Bu arada, İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ lideri Donald Trampla telefonla danışıb. Bu barədə İsrail Baş nazirinin ofisi məlumat yayıb.
Qeyd olunub ki, söhbət İsrail Nazirlər Kabinetinin təhlükəsizlik məsələləri üzrə iclası başlamazdan əvvəl baş tutub və yarım saatdan çox davam edib.
"Tramp Çinə səfərinin nəticələri barədə Netanyahunu məlumatlandırıb, həmçinin onlar İran ətrafındakı vəziyyəti müzakirə ediblər", – deyə məlumatda qeyd olunur.
Tərəflər İrana qarşı zərbələrin bərpa olunması ehtimalını da müzakirə ediblər.
"Tramp qərar qəbul etməlidir və əgər o, hərbi əməliyyatları bərpa etmək qərarına gələrsə, böyük ehtimalla, İsrail də onlara qoşulacaq", – deyə bəyanatda bildirilib.
#Donald Tramp teqi istifadə olunub
- Son baş verənlərdən sonra ABŞ və İran arasında gərginlik yenidən pik həddə - Baku TV CANLI
- İsraildə seçkilər ərəfəsində Donald Tramp seçiciləri səsvermədə iştirak etməyə səsləyib
- Tramp seçim qarşısında | İran ABŞ ilə razılaşma üçün hansı şərti irəli sürdü? - YENİ BİR SƏHƏR
- Obama Trampı və ailəsini genişmiqyaslı korrupsiyada ittiham edib - Baku TV
- Vaşinqton Moskva ilə təmaslardan hansı nəticəni gözləyir? - Baku TV CANLI
