Trampın adamları "bir-birinə girdi" | Ağ Evdə gərgin anlar
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Hökumətin Effektivliyi Departamentinin (DOGE) direktoru İlon Mask və ABŞ-nin maliyyə naziri Skott Bessent arasında qalmaqal yaşanıb.
Ağ Evdəki insident barədə “Axios” şahidlərə və məlumatlı mənbələrə istinadən xəbər yayıb.
Nəşr iddia edir ki, İlon Mask və maliyyə naziri Skott Bessent ABŞ-nin vergi xidməti ilə bağlı mübahisə ediblər. Bir-birinə çığıran iki məmurun arasında mübahisə o qədər şiddətlənib ki, gərginliyin qarşısını almaq üçün köməkçilərdən biri məsələyə müdaxilə edib.
“Axios” yazır ki, ABŞ Prezidenti Donald Trampın müttəfiqi arasında həm idarəetməyə fərqli yanaşmalarından, həm də DOGE rəhbərinin əvvəlcə Hovard Latnikin nazir vəzifəsinə seçilməsinə lobbiçilik etməsindən qaynaqlanan gərginlik bir müddətdir davam edirdi.
#ABŞ teqi istifadə olunub
- Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI
- Munirin səfəri | Tehrandakı görüşdə hansı məsələlər müzakirə olunacaq? - Baku TV
- Müsadirə edilən neftin gəlirləri "Kəpənək xəstəliyi" olan xəstələrin müalicəsinə yönəldiləcək
- ABŞ-Kanada danışıqları ticarət münasibətlərində hansı dəyişikliklərə yol aça bilər? - Baku TV
- Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI
