Trampın İrana qarşı taktikasının əsasında dayanan nədir?
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Prezidenti Donald Trampın İranla bağlı sərt bəyanatları və sonradan atəşkəsə razılaşması keçmiş prezident Riçard Niksonun “dəli nəzəriyyəsi” ilə müqayisə olunur.
“The Guardian” nəşrində dərc olunan məqalədə Trampın əvvəlcə İranı “sivilizasiya kimi məhv etməklə” hədələməsi, daha sonra isə Hörmüz boğazının açılması müqabilində geri addım atmasının diqqət çəkdiyi bildirilir.
Məqalədə qeyd olunur ki, “dəli nəzəriyyəsi” diplomatiyada qarşı tərəfi qorxutmaq üçün qeyri-sabit və gözlənilməz davranış nümayiş etdirməyə əsaslanır. Bu yanaşma vaxtilə Nikson tərəfindən Vyetnam müharibəsi dövründə istifadə olunub.
Bildirilir ki, Trampın da oxşar taktika ilə İranı təzyiq altında saxlayaraq güzəştlərə məcbur etməyə çalışdığı iddia olunur. Nəticədə Tehran Hörmüz boğazını yenidən açmağa razılaşıb, lakin bunun müqabilində müəyyən şərtlər irəli sürüb.
Məqalədə vurğulanır ki, bu cür strategiyanın effektivliyi mübahisəlidir və bəzi hallarda yalnız müvəqqəti nəticələr verir. Ekspertlər hesab edir ki, Tramp bu addımla zəif görünməmək üçün çıxış yolu axtarır.
Qeyd olunur ki, belə taktikanın ABŞ-nin beynəlxalq imicinə təsir göstərə biləcəyi və liderin etibarlılığı ilə bağlı suallar yarada biləcəyi də istisna edilmir.
#Donald Tramp teqi istifadə olunub
- Son baş verənlərdən sonra ABŞ və İran arasında gərginlik yenidən pik həddə - Baku TV CANLI
- İsraildə seçkilər ərəfəsində Donald Tramp seçiciləri səsvermədə iştirak etməyə səsləyib
- Tramp seçim qarşısında | İran ABŞ ilə razılaşma üçün hansı şərti irəli sürdü? - YENİ BİR SƏHƏR
- Obama Trampı və ailəsini genişmiqyaslı korrupsiyada ittiham edib - Baku TV
- Vaşinqton Moskva ilə təmaslardan hansı nəticəni gözləyir? - Baku TV CANLI
