Trampın qərarı yerli sakinlərin də etirazına səbəb oldu | ABŞ-də xaos
Yeniliklərdən dərhal xəbərdar olun
Doland Trampın hakimiyyətə gəlişi bir çox ziddiyyətli qanunların qüvvəyə minməsi ilə yadda qaldı.
Belə ki, 100 dən çox əmrə imza atan Prezident xüsusilə diqqəti miqrantların ABŞ-dən çıxarılmasına yönəltdi.
Meksika ilə sərhəddə gərginləşən vəziyyət, perulu qaçqınların həbsi, işçi sayının azalması davamlı küçə etirazlarına səbəb olub.
Fevralın 13-dən etibarən Nyu-York küçələrində “qonşunu qoru” adı altında etiraz dalğası baş qaldırıb. Miqrantlara həm də onların hüquqlarının müdafiəsinə qalxan yerli əhali də dəstək nümayiş etdirib.
Etirazçıların əsas istəyi qanunu pozmayan miqrantların rahat yaşamağının təmin olunmasıdır.
Nyu-York küçələrində şüarlar səsləndirən miqrantlarla polis arasında yaşanan insidentdə 20-yə yaxın adam saxlanılıb.
Etirazçılar qanuna dəyişiklik olunmayana qədər küçə etirazlarını davam etdirəcəklərini bildirirlər.
#ABŞ teqi istifadə olunub
- Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI
- Munirin səfəri | Tehrandakı görüşdə hansı məsələlər müzakirə olunacaq? - Baku TV
- Müsadirə edilən neftin gəlirləri "Kəpənək xəstəliyi" olan xəstələrin müalicəsinə yönəldiləcək
- ABŞ-Kanada danışıqları ticarət münasibətlərində hansı dəyişikliklərə yol aça bilər? - Baku TV
- Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI
