Trampın qərarları hansı mənfi nəticələrə səbəb ola bilər? | ABŞ-də vəziyyət daha da gərginləşir...
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Prezidenti Donald Trampın prezidentlik vəzifəsinə başlamasının heç bir ayı tamam olmayıb. Amma onun həm daxili, həm də xarici siyasətlə bağlı verdiyi qərarlar, səsləndirdiyi fikirlər, imzaladığı fərmanlar senat və məhkəmələr tərəfindən hiddətlə qarşılanır.
Məsələn, ABŞ məhkəməsi D.Trampın USAID əməkdaşlarını məzuniyyətə göndərmək qərarının icrasını dayandırıb. Həmçinin məhkəmə İlon Maskın rəhbərlik etdiyi Dövlət İdarəçiliyinin Səmərəliliyi Departamentinin Maliyyə Nazirliyinin milyonlarla amerikalının konfidensial şəxsi məlumatlarına girişini bloklayıb.
Eləcə də Merilend ştatının federal hakimi ABŞ Prezidenti Donald Trampın doğum hüququ ilə ölkə vətəndaşlığının verilməsinin məhdudlaşdırılması haqqında fərmanını qadağan edib. Hətta ABŞ Konqresinin Nümayəndələr Palatasının demokrat üzvü Al Qrin Donald Trampın impiçmentinin müzakirəsini təklif edəcək.
Bütün bunlar onu göstərir ki D.Tramp hakimiyyəti zamanı istədiyi qərarı imzalamaq, istədiyini vəzifəyə təyin etmək prinsipi ilə rahat fəaliyyət göstərə bilməyəcək. Belə davam edəcəyi təqdirdə ölkədə nələr baş verə bilər?
#ABŞ teqi istifadə olunub
- Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI
- Munirin səfəri | Tehrandakı görüşdə hansı məsələlər müzakirə olunacaq? - Baku TV
- Müsadirə edilən neftin gəlirləri "Kəpənək xəstəliyi" olan xəstələrin müalicəsinə yönəldiləcək
- ABŞ-Kanada danışıqları ticarət münasibətlərində hansı dəyişikliklərə yol aça bilər? - Baku TV
- Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI
