Pleyeri seçin:

Trampın Qrenlandiya ilə bağlı məqsədi nədir?

13 yanvar 2026 484 baxış

ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Rendi Fayn Vaşinqtonun Qrenlandiyanı ilhaq etməsini nəzərdə tutan qanun layihəsini təqdim edib.

Bu barədə qurumun veb-saytında dərc olunmuş açıqlamada bildirilib.

Qanun layihəsinə əsasən, ABŞ Prezidenti Danimarka Krallığı ilə danışıqlar aparmaq, Qrenlandiyanı ilhaq etmək və ya başqa şəkildə onu ABŞ ərazisi kimi əldə etmək də daxil olmaqla zəruri tədbirlər görmək səlahiyyəti alır. Bundan sonra Qrenlandiyanın ABŞ-nin ştatı hesab ediləcəyi güman olunur.

R.Faynın sözlərinə görə, təşəbbüs ABŞ-nin Arktikadakı milli maraqlarını qorumaq, Çin və ya Rusiyadan artan təhdidlərə qarşı mübarizə aparmaq məqsədi daşıyır.

Ağ Ev öz növbəsində bildirib ki, ABŞ Prezidenti Donald Tramp Qrenlandiyanı Amerika ərazisi etməkdə maraqlıdır, çünki o, Rusiyanın və ya Çinin adaya iddia edə biləcəyindən ehtiyatlanır. Bu barədə isə Ağ Evin mətbuat katibi Kerolayn Levitt jurnalistlərə bildirib.

Onun sözlərinə görə, Tramp əvvəllər çalışıb ki, ABŞ Qrenlandiya üzərində nəzarəti ələ keçirsin, əks halda, ada sonda Çin və ya Rusiyanın təsiri altına düşə, hətta düşmənçilik yolu ilə ələ keçirilə bilər.

O əlavə edib ki, Qrenlandiyanın ABŞ tərəfindən mümkün ilhaqı təkcə Birləşmiş Ştatların deyil, həm də Qrenlandiyanın özünün maraqlarına xidmət edir.

Banner
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 484 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 484 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 484 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 484 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 484 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 484 baxış
İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

Dünya
28 oktyabr 2026 484 baxış
Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Dünya
28 oktyabr 2026 484 baxış
Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 484 baxış
Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV

Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV

Dünya
28 oktyabr 2026 484 baxış
Seçilmişlər
icon