Pleyeri seçin:

Trampın “təmizlik” siyasəti bu ölkələri özündən çıxardı

11 avqust 2025 538 baxış

“Karakasın və qonşu dövlətlərin icazəsi olmadan Venesuela ərazisində istənilən hərbi əməliyyat bütün regiona qarşı təcavüz aktıdır”.

Bunu Kolumbiya Prezidenti Qustavo Petro özünün “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.

“Kolumbiya və Venesuela bir xalq, bir bayraq, bir tarixdir. Qardaş ölkələrin razılığı olmadan istənilən hərbi əməliyyat Latın Amerikası və Karib hövzəsinə təcavüz olacaq”, – o yazıb.

Avqustun 8-də “The New York Times” qəzeti yazıb ki, ABŞ Prezidenti Donald Tramp onun administrasiyasının terror təşkilatları kimi təsnif etdiyi bir sıra Latın Amerikası narkotik kartellərinə qarşı hərbi güc tətbiq etməyə icazə verən Pentaqona direktivi gizli şəkildə təsdiqləyib.

Məqalədə deyilir ki, qərar həm dənizdə, həm də xarici torpaqlarda kartellərə qarşı birbaşa hərbi əməliyyatlara rəsmi icazə verəcək.

Kolumbiya Prezidenti Trampın narkotiklərlə mübarizə siyasətini dəstəklədsə də, ölkələrin suverenliyi prinsipinə hörmət edilməsini vacib sayır. O əlavə edib ki, Kolumbiya hökuməti artıq “həqiqətən də bu mübarizədə iştirak etməyə” hazır olan digər ölkələrlə koordinasiya aparır.

Bu ilin yanvarında Tramp Meksika narkotik kartellərinə qarşı hərbi güc tətbiq etməyə icazə verib.

Ölkədə 6 yeni yoluxma halı qeydə alındı

Ölkədə 6 yeni yoluxma halı qeydə alındı

Dünya
02 oktyabr 2026 538 baxış
Rusiya Pezidenti "Valday"da hansı mesajları verdi?

Rusiya Pezidenti "Valday"da hansı mesajları verdi?

Dünya
02 oktyabr 2026 538 baxış
Putin Kalininqradla bağlı ən sərt ssenarini açıqladı - Baku TV CANLI

Putin Kalininqradla bağlı ən sərt ssenarini açıqladı - Baku TV CANLI

Dünya
02 oktyabr 2026 538 baxış
"Putin özü bunu istəyir" | Rusiya Prezidenti "Valday" çıxışında kritik açıqlamalar verdi - Baku TV

"Putin özü bunu istəyir" | Rusiya Prezidenti "Valday" çıxışında kritik açıqlamalar verdi - Baku TV

Dünya
02 oktyabr 2026 538 baxış
Vaşinqton Tehrana iqtisadi təzyiqi sənaye sektoru üzərindən artırır

Vaşinqton Tehrana iqtisadi təzyiqi sənaye sektoru üzərindən artırır

Dünya
02 oktyabr 2026 538 baxış
Tehran Londonun siyasətindən narazılığını Britaniya səfirinə çatdırıb

Tehran Londonun siyasətindən narazılığını Britaniya səfirinə çatdırıb

Dünya
02 oktyabr 2026 538 baxış
ABŞ regiona əlavə qüvvələr göndərilməsi variantını gündəmdə saxlayır

ABŞ regiona əlavə qüvvələr göndərilməsi variantını gündəmdə saxlayır

Dünya
02 oktyabr 2026 538 baxış
Gübrə tədarükündəki fasilələr ərzaq təhlükəsizliyinə ciddi təsir göstərə bilər

Gübrə tədarükündəki fasilələr ərzaq təhlükəsizliyinə ciddi təsir göstərə bilər

Dünya
02 oktyabr 2026 538 baxış
Tramp administrasiyası ağcaqanadların sayını kəskin azaltmaq üçün yeni qərar verib

Tramp administrasiyası ağcaqanadların sayını kəskin azaltmaq üçün yeni qərar verib

Dünya
02 oktyabr 2026 538 baxış
Koalisiyanın missiyası başa çatır | Qərarın əsl qazananı kim olacaq? - Baku TV

Koalisiyanın missiyası başa çatır | Qərarın əsl qazananı kim olacaq? - Baku TV

Dünya
02 oktyabr 2026 538 baxış
Seçilmişlər
icon