Trampın yeni tapşırığına əsasən ölkəyə gətirilən dronlara yüksək rüsumlar qoyulacaq - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Prezidenti Donald Tramp ölkəyə ayrı-ayrı növ pilotsuz uçuş aparatlarının və onların komponentlərinin idxalına 100%-dək rüsumların tətbiq edilməsi barədə göstəriş verib.
Bu barədə Ağ Evin mətbuat xidməti məlumat verib.
Amerika liderinin sərəncamına əsasən, 100%-lik tarif maksimal uçuş çəkisi 25 kq-dan çox olan PUA-lara, teplovizor sistemli dronlara, dok-stansiyalara və onlar üçün bəzi komplektləşdirici hissələrə tətbiq ediləcək. Çəkisi 25 kq-dək olan dronlar və bir sıra komponentlər üçün 25% həcmində rüsum müəyyən edilib.
Sənədlərdə qeyd olunub ki, Avropa İttifaqı ölkələri, Cənubi Koreya, Yaponiya, İsveçrə, Lixtenşteyn və Tayvandan olan bir sıra mallar üçün maksimal dərəcə 15% təşkil edəcək. Böyük Britaniyadan olan analoji məhsullar üçün rüsum 10%-i aşmayacaq.
Trampın sözlərinə görə, tariflərin tətbiqi xüsusilə ABŞ-nin milli təhlükəsizliyinin gücləndirilməsinə və dronların daxili istehsalının artırılmasına yönəlib.
#ABŞ teqi istifadə olunub
- Munirin səfəri | Tehrandakı görüşdə hansı məsələlər müzakirə olunacaq? - Baku TV
- Müsadirə edilən neftin gəlirləri "Kəpənək xəstəliyi" olan xəstələrin müalicəsinə yönəldiləcək
- ABŞ-Kanada danışıqları ticarət münasibətlərində hansı dəyişikliklərə yol aça bilər? - Baku TV
- Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI
- Tehran seçkilərdən sonra gərginliyin artacağını gözləyir
