Trampla bağlı nəticə Maskı əsəbiləşdirdi | "Google" seçkilərə müdaxilə edir?
Yeniliklərdən dərhal xəbərdar olun
Amerikalı iş adamı İlon Mask axtarış platforması “Google”u ABŞ-dəki seçkilərə müdaxilə etməkdə ittiham edib.
O bununla bağlı X hesabında paylaşım edib. Mask bu qənaətə brauzerin axtarış bölməsinə “Prezident Donald” sorğusunu daxil etdikdən sonra gəlib. Çıxan nəticə ilə qane olmayan Mask axtarışın ekran görüntüsünü sosial şəbəkə hesabında paylaşıb:
“Təklif olunan variantlar arasında Donald Tramp yoxdur. Lakin “Prezident Donald Duck” və “Prezident Donald Reyqan” var”.
“Quql Demokratlara məxsusdur” tvitini şərh edən Mask şirkətin seçkilərə müdaxilə edəcəyi təqdirdə çox problem yaşayacağını bildirib.
Xatırladaq ki, Mask əvvəllər “mehribanlıq partiyası” adlandırdığı demokratları dəstəkləsə də, sonradan bu siyasi birliyi “parçalanma və nifrət partiyası” hesab etdiyini deyib.
#İlon Mask teqi istifadə olunub
- Tramp ilə Mask arasında məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı zəng iddiası gündəmdədir
- Mask süni intellektin inkişafının ənənəvi pulun əhəmiyyətini azalda biləcəyini bildirib
- “Roadster” 0-dan 100 km/saat sürətə 0.81 saniyəyə çatır
- Zelenski prezident seçimi barədə açıqlamasında Tramp və Maskın adını çəkib
- Amerikalı iş adamı sərvətinə 30,6 milyard dollar əlavə edib
