Trampla Kamala Harris arasında keçiriləcək debatın tarixi məlum oldu
Yeniliklərdən dərhal xəbərdar olun
Demokratlar Partiyasından ən yüksək hökumət postuna namizəd olan ABŞ-nin vitse-prezidenti Kamala Harris rəqibi Donald Trampla teledebatlara hazır olduğunu açıqlayıb.
Sentyabrın 8-də jurnalistlərdən birinin müvafiq sualını cavablandıran K.Harris baş barmağını yuxarı qaldıraraq D.Trampla debat etməyə hazır olduğunu bildirib.
Qeyd edək ki, namizədlər arasında debat sentyabrın 10-da “ABC” telekanalı tərəfindən Pensilvaniya ştatının Filadelfiya şəhərində keçiriləcək. Yekun qaydalar hələ sentyabrın 5-də təsdiq edilib. Xüsusilə, D.Tramp və K.Harrisdən mikrofonu söndürməklə rəqibinin çıxışının sonunu gözləmələri tələb olunacaq və cavab müddəti iki dəqiqə ilə məhdudlaşdırılacaq. Yalnız görüş moderatorları əvvəlcədən hazırlanmış qeydlərdən istifadə edərək sual verə biləcəklər.
#ABŞ teqi istifadə olunub
- Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI
- Munirin səfəri | Tehrandakı görüşdə hansı məsələlər müzakirə olunacaq? - Baku TV
- Müsadirə edilən neftin gəlirləri "Kəpənək xəstəliyi" olan xəstələrin müalicəsinə yönəldiləcək
- ABŞ-Kanada danışıqları ticarət münasibətlərində hansı dəyişikliklərə yol aça bilər? - Baku TV
- Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI
