Trampla Putin hansı məsələdə razılaşıb? | Vaşinqton və Moskva arasında önəmli gediş - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ və Rusiya yeni START müqaviləsini qüvvədə saxlamaqla bağlı razılaşmaya yaxınlaşır.
Bu barədə üç anonim mənbə “Axios”a danışıb.
Onların sözlərinə görə, məsələ ilə bağlı ilkin plan hər iki ölkə prezidenti tərəfindən təsdiqlənməlidir. Əlavə edilib ki, ABŞ və Rusiya rəsmiləri Əbu-Dabidə mövzu ilə əlaqədar danışıqlar aparıb, lakin hələlik heç bir razılaşma yoxdur.
Qeyd edək ki, Rusiya və ABŞ arasında START, yəni Strateji Silahların Azaldılması Müqaviləsinin müddəti bitib. Beləliklə, 1972-ci ildən bəri ilk dəfə olaraq iki ölkənin strateji nüvə silahlarının sayını məhdudlaşdıran hər hansı bir qanun yoxdur.
Bu arada, ABŞ və Rusiya yüksəksəviyyəli hərbi dialoqun bərpa edilməsi ilə bağlı razılığa gəlib. Belə bir açıqlama ilə ABŞ Silahlı Qüvvələrinin Avropa Komandanlığı çıxış edib. “Rabitə kanalı davamlı olaraq iki ölkənin hərbi rəhbərliyi arasında əlaqəni təmin edəcək”, – deyə komandanlığın məlumatında bildirilib.
Qeyd edək ki, ABŞ və Rusiya hərbi idarələri arasında yüksəksəviyyəli əlaqə 2021-ci ildə dayandırılıb.
#Donald Tramp teqi istifadə olunub
- Son baş verənlərdən sonra ABŞ və İran arasında gərginlik yenidən pik həddə - Baku TV CANLI
- İsraildə seçkilər ərəfəsində Donald Tramp seçiciləri səsvermədə iştirak etməyə səsləyib
- Tramp seçim qarşısında | İran ABŞ ilə razılaşma üçün hansı şərti irəli sürdü? - YENİ BİR SƏHƏR
- Obama Trampı və ailəsini genişmiqyaslı korrupsiyada ittiham edib - Baku TV
- Vaşinqton Moskva ilə təmaslardan hansı nəticəni gözləyir? - Baku TV CANLI
