Trampla Si Cinpin arasındakı görüşdə diqqətçəkən məsələ
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Prezidenti Donald Trampla Çin sədri Si Cinpin arasında Pekində keçirilən danışıqlarda Tayvan məsələsi əsas mövzulardan biri olub.
Si Cinpin Tayvan məsələsində yanlış addımların ABŞ-Çin münasibətlərini ciddi böhrana sürükləyə biləcəyi barədə xəbərdarlıq edib.
Məlumata görə, Donald Tramp və Si Cinpin ABŞ Prezidentinin Çinə iki günlük dövlət səfərinin son günündə yenidən görüşəcəklər.
ABŞ lideri sosial şəbəkədə paylaşım edərək Çinlə münasibətlərin əvvəlkindən daha güclü olacağına ümid etdiyini bildirib. Donald Tramp “Fox News” telekanalına müsahibəsində isə Si Cinpini “tam şəkildə işinə fokuslanan” lider kimi xarakterizə edib.
Danışıqlarda ticarət məsələləri də müzakirə olunub. ABŞ nümayəndəsi Ceymison Qrir bildirib ki, tərəflər kənd təsərrüfatı məhsulları, mal əti və “Boeing” təyyarələri ilə bağlı razılaşmalar əldə ediblər. Onun sözlərinə görə, Çin ABŞ istehsalı olan 200 “Boeing” təyyarəsi sifariş etməyə razılıq verib.
Məlumata əsasən, Vaşinqton və Pekin gələcək ticarət münasibətlərinin idarə olunması üçün yeni mexanizmlər üzərində də işləyir.
Xəbərdə qeyd olunur ki, Donald Tramp Çin tərəfi ilə Hörmüz boğazının açıq saxlanılması və İran məsələsini də müzakirə edib.
#Si Cinpin teqi istifadə olunub
- "Danışıqlar aparmaq güzəşt demək deyil" | Masa arxasında danışıq, səhnə arxasında mübarizə - Baku TV
- Çində baş tutacağı gözlənilən üçtərəfli görüş müsbət nəticələnə bilərmi? - ƏSAS XƏBƏR
- Nüvə silahları tam ləğv edilə bilər? | Tramp Ağ Evdən dünyaya kritik mesaj verdi - Baku TV CANLI
- ABŞ, Rusiya və Çin liderlərinin görüşü baş tuta bilər | Vaşinqton hansı addımı atır? - Baku TV
- Ticarət Şurası kimi mexanizmlərin yaradılması nəzərdə tutulur
