Pleyeri seçin:

Tükiyədə üç liderin qurduğu siyasət uğursuz olarsa, nə baş verəcək?

13 may 2024 415 baxış

“Yeni dövrdə yeni siyasət qurulur. Üç memar var: Prezident Rəcəb Tayyib Ərdoğan, CHP sədri Özgür Özəl və MHP lideri Dövlət Baxçalı. Bütün bunlarla yanaşı, vacib sayılan iki siyasətçi də var: Əkrəm İmamoğlu və Mənsur Yavaş”.

Bunu Türkiyənin “Hürriyyət” qəzetinin yazarı Abdulqadir Selvi yazıb.

O bildirib ki, Özgür Özəl sələfindən fərqli olaraq “yumşalma siyasəti” kursunu seçib:

“Amma “bal” deməklə ağız şirin olmaz. “Yumşalma siyasəti”nin əsası qoyulmalıdır. Bunun üçün müəyyən addımlar atılmalıdır. Çünki “yumşalma siyasəti”nin qarşısında duran ən mühüm maneələrdən biri etimad problemidir.

Bu inamı bərqərar etmək üçün gözləntiləri qarşılayacaq bəzi addımlar atılmalıdır. Çünki CHP daxilindən Ö.Özələ “R.T.Ərdoğan sizi aldadacaq” deyə etirazlar var.

Əkrəm İmamoğlu R.T.Ərdoğan-Özgür Özəl münasibətini özünə qarşı ittifaq kimi görür. Odur ki, Ö.Özəl əlini gücləndirməlidir. Ö.Özəlsiz yeni siyasəti həyata keçirmək mümkün deyil. Ona görə də ətrafına “Mən R.T.Ərdoğanla görüşdüm, müsbət nəticələr aldım” deməyi bacarmalıdır”.

“Bunun başında “28 Şubat” məsələsində həbs edilən Çətin Doğan kimi yaşlı sabiq generalların əfv edilməsi məsələsi də dayanır. Prezident R.T.Ərdoğan heç vaxt o qapını bağlamadı. Hətta bir dəfə bu məsələ ilə bağlı cənab R.T.Ərdoğana sual verdikdə “bağışlanmaq üçün müraciət etməyiblər” dedi.

Demokratiya qisas rejimi deyil. Müxtəlif xəstəlikləri olan 80 yaşlı təqaüdçü generalların həbsxanada ölməsi Türkiyə üçün təsəlli deyil. Əksinə, gərginliyi artırır. Amma onların bağışlanması Türkiyəni rahatlaşdıracaq”, – A.Selvi əlavə edib.

A.Selvi vurğulayıb ki, Türkiyə siyasətində üç liderdən başqa iki güclü siyasətçi də var:

“Biri Əkrəm İmamoğlu, digəri isə Mənsur Yavaşdır. Onların hər ikisi artıq merlik həddini keçib. Onlar potensial olaraq həm partiya rəhbərliyinə, həm də prezidentliyə namizəd həddindədirlər.

Üç liderin yaratdığı siyasi ab-hava onların siyasi gələcəyini birbaşa müəyyən edəcək. R.T.Ərdoğan, Ö.Özəl və D.Baxçalının qurduğu siyasi tənlik qalib gəlsə, onlar uduzacaqlar. Üç liderin qurduğu siyasi tənlik uğursuz olarsa, Ə.İmamoğlu və M.Yavaşın ulduzları parlayacaq.

Siyasət nazik bir ip üzərində gəzməyə bənzəyir. Çox kritik bir tarazlıq var. Görək kim ipdə yeriyəcək, kim yıxılacaq”.

Banner
Zaporojye vilayətində zərbə nəticəsində 30-a yaxın insan həlak olub

Zaporojye vilayətində zərbə nəticəsində 30-a yaxın insan həlak olub

Dünya
03 noyabr 2026 415 baxış
Rusiya yeni zərbələrə hazırlaşır?

Rusiya yeni zərbələrə hazırlaşır?

Dünya
03 noyabr 2026 415 baxış
Moskvanın Türk Dövlətləri Təşkilatında iştirakı zəruridirmi?

Moskvanın Türk Dövlətləri Təşkilatında iştirakı zəruridirmi?

Dünya
03 noyabr 2026 415 baxış
Miqrantlar üçün tələb olunan minimum yaşayış müddəti 5 ildən 10 ilə qaldırılacaq

Miqrantlar üçün tələb olunan minimum yaşayış müddəti 5 ildən 10 ilə qaldırılacaq

Dünya
03 noyabr 2026 415 baxış
Terror aktının qarşısı alınıb, silahlıların biri məhv edilib, bəziləri saxlanılıb

Terror aktının qarşısı alınıb, silahlıların biri məhv edilib, bəziləri saxlanılıb

Dünya
03 noyabr 2026 415 baxış
Fransada məhbusların sayı rekord həddə çatıb

Fransada məhbusların sayı rekord həddə çatıb

Dünya
03 noyabr 2026 415 baxış
Qazaxıstanda dövlət çevrilişinin qarşısı alındı

Qazaxıstanda dövlət çevrilişinin qarşısı alındı

Dünya
03 noyabr 2026 415 baxış
Əraqçi dialoq üçün İranın şərtlərini açıqlayıb

Əraqçi dialoq üçün İranın şərtlərini açıqlayıb

Dünya
03 noyabr 2026 415 baxış
ABŞ-də atışmalar zamanı 12 nəfər ölüb, 50-dən çox insan yaralanıb

ABŞ-də atışmalar zamanı 12 nəfər ölüb, 50-dən çox insan yaralanıb

Dünya
03 noyabr 2026 415 baxış
“Nə Rusiya, nə də Ukrayna bunu açıqlayacaq ki...” | Oleşkidə atəşkəs elanı - Baku TV

“Nə Rusiya, nə də Ukrayna bunu açıqlayacaq ki...” | Oleşkidə atəşkəs elanı - Baku TV

Dünya
03 noyabr 2026 415 baxış
Seçilmişlər
icon