Pleyeri seçin:

Turistlərin marağını cəlb edən “çəhrayı göl”ün sirri nədir?

07 may 2025 567 baxış

Seneqalın paytaxtı Dakardakı "çəhrayı göl" kimi tanınan “Lac Rose” üç illik rəng solmasından sonra yenidən özünəməxsus rəngi ilə ziyarətçiləri cəlb etməyə başlayıb.

Duz hasilatı və turizm vasitəsilə dolanan yerli sakinlər qeyd ediblər ki, son illərdə yağan güclü yağışlar gölün çəhrayı rənginin itməsinə və duzun çıxarılmasının mümkünsüz olmasına səbəb olub.

Ətraf mühit üzrə geoloq professor Pape Qoumba bu dəyişikliklərin səbəblərini izah edib.

"Göl iki səbəbə görə rəngini itirmişdi: yağış sularının verdiyi durulaşma və mikroorqanizmlərin inkişafında yaranan pozuntu. Yalnız rəng yox, duz hasilatında da ciddi azalma müşahidə olunurdu. İndi isə yağış suları olmadığı üçün göldə duzun konsentrasiyası artıb. Durulaşma azalıb, havalar çox isti olduğu üçün buxarlanma artıb. Beləliklə, göl tədricən əvvəlki duz tərkibini və rəngini bərpa etməyə başlayıb”, ‒ deyə professor qeyd edib.

Dakarın təxminən 35 kilometr şimal-şərqində yerləşən göl parlaq çəhrayı rəngi və yüksək duz tərkibi ilə məşhurdur. Təxminən 3 kvadratkilometr sahəyə və maksimum 3 metr dərinliyə malik olan “Lac Rose” 1970-ci illərdən bəri ölkədə əsas duz hasilatı məkanı sayılır.

Banner

#Çəhrayı göl teqi istifadə olunub

Müttəfiqlər yollarını ayırır? | Tramp İsrailə maliyyə dəstəyini niyə dayandırır? - Baku TV

Müttəfiqlər yollarını ayırır? | Tramp İsrailə maliyyə dəstəyini niyə dayandırır? - Baku TV

Dünya
05 noyabr 2026 567 baxış
Ağ Ev rəhbəri seçkilərdə məğlubiyyətin səbəbini izah edib

Ağ Ev rəhbəri seçkilərdə məğlubiyyətin səbəbini izah edib

Dünya
05 noyabr 2026 567 baxış
İnsanabənzər meymunların tarixi düşündüyümüzdən fərqli ola bilər

İnsanabənzər meymunların tarixi düşündüyümüzdən fərqli ola bilər

Dünya
05 noyabr 2026 567 baxış
Lixtenşteyn şahzadəsi gürcü aristokratla evləndi

Lixtenşteyn şahzadəsi gürcü aristokratla evləndi

Dünya
05 noyabr 2026 567 baxış
Türkiyədə 9 metr dərinlikdə sirli qalıqlar aşkarlanıb

Türkiyədə 9 metr dərinlikdə sirli qalıqlar aşkarlanıb

Dünya
05 noyabr 2026 567 baxış
Prokurorluq Tsarukyanın həbs müddətinin daha 3 ay uzadılması üçün məhkəməyə müraciət edib

Prokurorluq Tsarukyanın həbs müddətinin daha 3 ay uzadılması üçün məhkəməyə müraciət edib

Dünya
05 noyabr 2026 567 baxış
Tramp Avropanın gələcəyini sual altına alıb

Tramp Avropanın gələcəyini sual altına alıb

Dünya
05 noyabr 2026 567 baxış
Monteneqro və Albaniya NATO-dan kömək istəyib

Monteneqro və Albaniya NATO-dan kömək istəyib

Dünya
05 noyabr 2026 567 baxış
Tehran iqtisadi mübarizədən, Vaşinqton isə hərbi təhdiddən danışır

Tehran iqtisadi mübarizədən, Vaşinqton isə hərbi təhdiddən danışır

Dünya
05 noyabr 2026 567 baxış
Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

Dünya
05 noyabr 2026 567 baxış
Seçilmişlər
icon