Pleyeri seçin:

Türkiyə gəmisi hücuma məruz qaldı | Anbaan görüntülər - Baku TV

13 dekabr 2025 359 baxış

Ukraynanın Odessa limanında Rusiya Ordusu tərəfindən raketlə vurulduğu bildirilən Türkiyəyə aid yük gəmisində yanğın baş verib.

Yanan gəminin videogörüntüləri yerli media tərəfindən paylaşılıb. Ukraynanın Odessa limanı istiqamətində hərəkətdə olan, mərkəzi Türkiyədə olan “Cenk Ro-Ro” şirkətinə aid Panama bayrağı altında üzən “CENK T” adlı sərnişin və yük daşıyan gəminin “İskəndər” raketi ilə vurulduğu bildirilir.

Hadisə gəminin Çernomorsk limanına yanaşmasından sonra, yerli vaxtla saat 16:00 radələrində baş verib. Raket zərbəsi nəticəsində gəminin göyərtəsində yanğın başlayıb. Lakin limanın yanğın xidməti və ekipajın operativ müdaxiləsi ilə alov nəzarətə götürülüb.

Hadisə zamanı insan tələfatı qeydə alınmayıb. Gəmiyə maddi ziyan dəyib. Hücum zamanı Azərbaycan qeydiyyatı olan 10-dək avtomobildaşıyan texnikanın da hədəfə alındığı ehtimal olunur.

Şirkət hadisə ilə bağlı araşdırmanın davam etdiyini və rəsmi qurumlarla tam əməkdaşlıq etdiklərini açıqlayıb.

Banner
Respublikaçılar və demokratlar hərəkətə keçib

Respublikaçılar və demokratlar hərəkətə keçib

Dünya
09 noyabr 2026 359 baxış
Vaşinqtonda hansı partiyanın namizədi prezident ola biləcək? - Baku TV CANLI

Vaşinqtonda hansı partiyanın namizədi prezident ola biləcək? - Baku TV CANLI

Dünya
09 noyabr 2026 359 baxış
Ukrayna kosmik qüvvələr yaradır

Ukrayna kosmik qüvvələr yaradır

Dünya
09 noyabr 2026 359 baxış
ABŞ-nin İran strategiyasında hansı xətt üstünlük təşkil edir? - Baku TV

ABŞ-nin İran strategiyasında hansı xətt üstünlük təşkil edir? - Baku TV

Dünya
09 noyabr 2026 359 baxış
"Təzyiq və zorakılıq qarşısında geri çəkilməyəcəyik" | İran Prezidentindən açıqlama - Baku TV CANLI

"Təzyiq və zorakılıq qarşısında geri çəkilməyəcəyik" | İran Prezidentindən açıqlama - Baku TV CANLI

Dünya
09 noyabr 2026 359 baxış
Böyük Britaniya Rusiya ilə bağlı nələri hesaba qatmayıb? | London həyəcan təbili çaldı - Baku TV

Böyük Britaniya Rusiya ilə bağlı nələri hesaba qatmayıb? | London həyəcan təbili çaldı - Baku TV

Dünya
09 noyabr 2026 359 baxış
Netanyahu seçkilərdən sonra Qəzza ilə bağlı hansı addımları atacaq? - ƏSAS XƏBƏR

Netanyahu seçkilərdən sonra Qəzza ilə bağlı hansı addımları atacaq? - ƏSAS XƏBƏR

Dünya
09 noyabr 2026 359 baxış
Tramp Ukraynanın sərhədlərinin dəyişəcəyinə işarə edir?

Tramp Ukraynanın sərhədlərinin dəyişəcəyinə işarə edir?

Dünya
09 noyabr 2026 359 baxış
Rusiya ilə mümkün razılaşma planı Avropa üçün gözlənilməz oldu | Brüsseldə təcili tədbir - Baku TV

Rusiya ilə mümkün razılaşma planı Avropa üçün gözlənilməz oldu | Brüsseldə təcili tədbir - Baku TV

Dünya
09 noyabr 2026 359 baxış
Avropa sülh danışıqlarında niyə iştirak etməyəcək? | Dmitri Peskovdan açıqlama - Baku TV CANLI

Avropa sülh danışıqlarında niyə iştirak etməyəcək? | Dmitri Peskovdan açıqlama - Baku TV CANLI

Dünya
09 noyabr 2026 359 baxış
Seçilmişlər
icon