Türkiyə Milli Kəşfiyyatından antiterror əməliyyatı: PKK-nın "rəhbər şəxsi" məhv edildi
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin Milli Kəşfiyyat İdarəsi İraqın Hakurk əyalətində daha bir əməliyyat keçirib.
Yerli KİV-in yaydığı məlumata görə, əməliyyat nəticəsində “Rozerin Şemzinan” kod adlı Sariye Atilla məhv edilib. Onun PKK terror təşkilatının “rəhbər şəxs”lərindən biri olduğu, Hakurk əyalətindən məsul olduğu bildirilir.
Bundan başqa, Türkiyənin Diyarbakır vilayətinin Lice Kıyıköy çölündə biri narıncı, ikisi boz kateqoriyalı olmaqla 3 terrorçu zərərsizləşdirilib, Şırnakda isə iki terrorçu ələ keçirilib. Bu barədə Türkiyə daxili işlər naziri Ali Yerlikaya məlumat verib.
Zərərsizləşdirilən terrorçulardan biri Daxili İşlər Nazirliyinin axtarışda olan terrorçular siyahısında narıncı kateqoriyadan “Bedran Hoca” kod adlı Nazım Hikmət Ülgen, digər ikisinin isə boz kateqoriyada axtarışda olan “Civan” kod adlı Onur Kamiloğlu və “Seyit Batman Brüsk” kod adlı Muhəmmed Gönyeli olduğu müəyyən edilib.
#Türkiyə teqi istifadə olunub
- Ərdoğan regionda yeni münaqişə istəmədiklərini bildirib
- Türkiyə Prezidenti birliyi pozmaq istəyənlərə qarşı birgə mübarizə çağırışı edib
- Təzyiqlərə qarşı ortaq mövqe
- “Arzuları ürəklərində qalacaq!” | Rəşad Bayramov Bakı-Ankara əlaqələri barədə nə danışdı? - Baku TV
- Ankara ilə Ottava arasında yeni dövr | İlk səfər və müdafiə-təhlükəsizlik üzrə imzalanan sənəd
