Türkiyə və İran prezidentlərinin telefon danışığında maraqlı nüans
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla İranın yeni Prezidenti Məsud Pezeşkian arasında baş tutan telefon danışığında hansı dildən istifadə edildiyi barədə məlumat yayılıb.
Bu barədə şərhçi və jurnalist Azər Məhdəvan özünün “X” hesabında yazıb.
O, Məsud Pezeşkianın təklifi ilə prezidentlərin tərcüməçi vasitəsilə danışdıqlarını bildirib.
“R.T.Ərdoğan telefon danışığı zamanı M.Pezeşkiandan soruşub ki, bundan sonra farsca, yoxsa türkcə danışaq? M.Pezeşkian isə cavabında bildirib ki, Azərbaycan türkcəsi anlayışları qarşılıqlı başa düşməkdə çətinlik yarada bilər, farsca danışmaq daha yaxşıdır. Onlar tərcüməçi vasitəsilə fars dilində danışıblar”, – A.Məhdəvan yazıb.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev və Məsud Pezeşkianın telefon əlaqəsi zamanı hansı dildə danışdıqları barədə sosial mediada suallar səsləndirilsə də, heç bir tərəfdən buna cavab verilməyib.
#Rəcəb Tayyib Ərdoğan teqi istifadə olunub
- Ərdoğan regionda yeni münaqişə istəmədiklərini bildirib
- Türkiyə Prezidenti birliyi pozmaq istəyənlərə qarşı birgə mübarizə çağırışı edib
- Ərdoğan Türk dünyasının birliyini pozmaq istəyənlərə səsləndi - Baku TV CANLI
- Ankara ilə Ottava arasında yeni dövr | İlk səfər və müdafiə-təhlükəsizlik üzrə imzalanan sənəd
- Ankaradan gələn telefon zəngi və gərginlikdən çıxan siyasi mesajlar - Baku TV
