Türkiyə və Rusiya liderləri nələri müzakirə etdi? | Mühüm çağırışlar edildi
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı olub.
Söhbət zamanı prezidentlər İsrail və İran arasında davam edən münaqişə ilə bağlı ciddi narahatlıqlarını ifadə ediblər.
Kremlin mətbuat xidmətindən bildirilib ki, telefon danışığı zamanı əsas diqqət Yaxın Şərqdə kəskin şəkildə gərginləşən vəziyyətə yönəldilib.
Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan İsrailin İrana hücumlarını pisləyiblər. Türkiyə və Rusiya liderləri döyüş əməliyyatlarının dayandırılması, o cümlədən İranın nüvə proqramına aid məsələlərin yalnız siyasi-diplomatik vasitələrlə həll edilməsi üçün çağırış ediblər.
“Ukrayna məsələsinin müzakirəsi zamanı Vladimir Putin birbaşa Rusiya-Ukrayna danışıqlarının təşkilində göstərdiyi dəstəyə görə Türkiyə tərəfinə minnətdarlığını bildirib”, – deyə məlumatda vurğulanıb.
Bundan əlavə, tərəflər ikitərəfli gündəliyin aktual məsələləri, o cümlədən energetika sahəsi üzrə fikir mübadiləsi aparıblar.
#Rəcəb Tayyib Ərdoğan teqi istifadə olunub
- Ərdoğan regionda yeni münaqişə istəmədiklərini bildirib
- Türkiyə Prezidenti birliyi pozmaq istəyənlərə qarşı birgə mübarizə çağırışı edib
- Ərdoğan Türk dünyasının birliyini pozmaq istəyənlərə səsləndi - Baku TV CANLI
- Ankara ilə Ottava arasında yeni dövr | İlk səfər və müdafiə-təhlükəsizlik üzrə imzalanan sənəd
- Ankaradan gələn telefon zəngi və gərginlikdən çıxan siyasi mesajlar - Baku TV
