Türkiyə yenidən fəlakətlə üz-üzə
Yeniliklərdən dərhal xəbərdar olun
Bir müddət əvvəl dəhşətli zəlzələ faciəsinin yaşandığı Türkiyənin Kahramanmaraş vilayəti növbəti dəfə təbii fəlakətlə üz-üzə qalıb.
Bu dəfə dağıdıcı fırtına vilayətin Pazarcık rayonunda ciddi fəsadlara yol açıb. Zəlzələ zamanı zədələnmiş binaların damlarından düşən daş parçaları insanların xəsarət almasına səbəb olub.
Damların uçduğu, çadırların dağıldığı təbii fəlakətdə 1 nəfər ölüb, 50 nəfər yaralanıb. Əraziyə dərhal təcili yardım və xilasetmə qrupları göndərilib, yaralılar xəstəxanalara aparılıb.
Həmçinin Diyarbakırda güclü leysandan sonra yolları su basıb, fırtına nəticəsində bəzi məscidlərin minarələri dağılıb, damları uçub.
Təbii fəlakətin xeyli sayda insana maddi ziyan vurduğu deyilir. Xəsarət alan olmayıb.
#Türkiyə teqi istifadə olunub
- Ərdoğan regionda yeni münaqişə istəmədiklərini bildirib
- Türkiyə Prezidenti birliyi pozmaq istəyənlərə qarşı birgə mübarizə çağırışı edib
- Təzyiqlərə qarşı ortaq mövqe
- “Arzuları ürəklərində qalacaq!” | Rəşad Bayramov Bakı-Ankara əlaqələri barədə nə danışdı? - Baku TV
- Ankara ilə Ottava arasında yeni dövr | İlk səfər və müdafiə-təhlükəsizlik üzrə imzalanan sənəd
