Türkiyədə 14 yaşlı çobandan qəbul imtahanında yüksək nəticə
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin Elazığ vilayətinin Ağdağ bölgəsində çobanlıq edən Mehmet Halil Yazar adlı gənc 8-ci sinfi bitirəndən sonra verilən liseyə qəbul imtahanında ölkə üzrə ikinci ən yüksək bal toplayıb.
Elazığın ən ucqar mahallarından birində yaşayan 14 yaşlı oğlanın atası qeyd edib ki, oğlu həm çobanlıq edərək ailəyə kömək edir, eyni zamanda mütəmadi olaraq dərslərini oxuyub.
Atası vurğulayıb ki, oğlu dağda heyvan otararkən özü ilə götürdüyü kitabları davamlı mütaliə edib və lisey imtahanında iştirak etməkdə israrlı olub.
“Nəticədə 494 bal toplayıb. Ölkə üzrə ikinci ən yaxşı nəticəyə nail olduq. Çox qürurluyuq”, – deyə gənc istedadın atası bildirib.
Qeyd edək ki, Türkiyədə uşaqlar 8-ci sinfi bitirəndən sonra LGS (Liseye Geçiş Sınavı) imtahanı verirlər. Bu, olduqca çətin imtahan hesab olunur.
#Türkiyə teqi istifadə olunub
- Türkiyə Prezidentinin Azərbaycana gəlişi ilə bağlı təfərrüatlar açıqlandı - Baku TV
- Ərdoğanın Azərbaycana səfəri ilə bağlı detallar açıqlandı - Baku TV CANLI
- Türkiyədə 9 metr dərinlikdə sirli qalıqlar aşkarlanıb
- Cənubi Koreyadan qayıdan Ərdoğandan Azərbaycana gözlənilməz jest - Baku TV
- Fransadakı etirazlar digər ölkələrə də yayılır | Zelenski Türkiyəyə niyə getdi? - YENİ BİR SƏHƏR
