Pleyeri seçin:
Türkiyədə ABŞ hərbçilərinə hücum barədə Ağ Evdən reaksiya | Bu, elə məsələdir ki...
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Amerika administrasiyası İzmirdə “USS Wasp” gəmisinin hərbçilərinə hücumundan narahatdır.
Bu barədə Ağ Evin mətbuat katibi Karin Jan-Pyer jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə bildirib.
“Şübhəsiz ki, gördüyümüz hücumdan narahatıq və onların indi təhlükəsiz olduğunu və “USS Wasp”ə qayıtdıqlarını eşitməyə şadıq. Biz Türkiyə polisinə tədbir gördüyünə görə minnətdarıq. Bu, ciddi məsələdir və biz bu işdə əli olanların məsuliyyətə cəlb edilməsini tələb edirik”, – deyə Ağ Ev sözçüsü bildirib.
Qeyd edək ki, İzmirdə bir qrup türkiyəli gənc ABŞ əsgərinin başına torba keçirib. Hadisədə iştirak edən gənclərdən 10-u həbs edilib.
Kopyalandı
#ABŞ teqi istifadə olunub
- Munirin səfəri | Tehrandakı görüşdə hansı məsələlər müzakirə olunacaq? - Baku TV
- Müsadirə edilən neftin gəlirləri "Kəpənək xəstəliyi" olan xəstələrin müalicəsinə yönəldiləcək
- ABŞ-Kanada danışıqları ticarət münasibətlərində hansı dəyişikliklərə yol aça bilər? - Baku TV
- Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI
- Tehran seçkilərdən sonra gərginliyin artacağını gözləyir
