Türkiyədə yenə zəlzələ oldu
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin Kahramanmaraş bölgəsində 5,3 bal gücündə zəlzələ olub. Qısa müddətdən sonra ərazidə 4 bal gücündə daha bir təkrar təkan qeydə alınıb.
Bu barədə Təbii Fəlakət və Fövqəladə Halların İdarə edilməsi Agentliyi məlumat yayıb. Bildirilib ki, zəlzələ Kahramanmaraşın Göksun rayonunda baş verib. Yeraltı təkanlar Adana və Osmaniyə bölgələlərində də hiss edilib. Zəlzələnin episentri 7 kilometr dərinlikdə olub.
Qeyd edək ki, yeraltı təkanlar insanlar arasında təşvişə səbəb olub. Zəlzələ ilə bağlı “Twitter” səhifəsində paylaşım edən Təbii Fəlakət və Fövqəladə Halların İdarə edilməsi Agentliyinin rəhbəri Yunus Sezər hazırda bölgədə axtarışların davam etdirildiyini və təhlükəli bir vəziyyətin olmadığını bildirib.
#Türkiyə teqi istifadə olunub
- Ərdoğan regionda yeni münaqişə istəmədiklərini bildirib
- Türkiyə Prezidenti birliyi pozmaq istəyənlərə qarşı birgə mübarizə çağırışı edib
- Təzyiqlərə qarşı ortaq mövqe
- “Arzuları ürəklərində qalacaq!” | Rəşad Bayramov Bakı-Ankara əlaqələri barədə nə danışdı? - Baku TV
- Ankara ilə Ottava arasında yeni dövr | İlk səfər və müdafiə-təhlükəsizlik üzrə imzalanan sənəd
