Pleyeri seçin:

Türkiyədəki faciənin pərdəarxası | Hotel rəhbərliyi və məmurlar arasında gizli razılaşma üzə çıxdı

28 yanvar 2025 380 baxış

Türkiyədə yanğın zamanı 78 nəfərin öldüyü “Qrand Qartal” hotelinin mühasibatlıq şöbəsinin müdiri Qədir Özdəmir Bolu Bələdiyyəsi ilə hotel rəhbərliyi arasında baş tutan danışıqları etiraf edib.

Bu barədə “Türkiyə” qəzeti məlumat yayıb.

Nəşrin yazdığına görə, Özdəmirin 12 dekabr 2024-cü ildə yanğın yoxlaması müraciətindən sonra Bolu Bələdiyyəsi Xilasetmə İdarəsinin mütəxəssisləri hoteldə yoxlama aparıblar:

“Yoxlama nəticəsində hotelin yanğın təhlükəsizliyi baxımından uyğun olmadığı barədə akt hazırlanaraq Bolu Bələdiyyəsi Yanğından Mühafizə İdarəsinə təqdim edilib”.

Q.Özdəmir bildirib ki, bir müddət sonra bələdiyyənin məsul işçiləri hotelə gələrək yenidən ətraflı baxış keçiriblər:

“Mən C. adlı şəxsdən audit hesabatına mənfi rəy verildiyini öyrəndim. Bundan sonra hotelin rəhbəri Əhməd Dəmirə zəng edib, vəziyyəti ona başa saldım. Daha sonra Ə.Dəmir Bolu Bələdiyyə sədri Tanju Özcanın Yanğınsöndürmə İdarəsinə rəhbərlik edən əmisi oğlu Sədat Gülənərlə danışıb. S.Gülənər də ona “yoxlamanın ləğv edilməsi üçün ərizə ver” deyib. Biz bu göstəriş əsasında ləğv ərizəsi hazırladıq. Hotelin baş direktoru Əmir Arasla da bu məsələləri müzakirə etdim. Ə.Aras da mənə dedi ki, bu nöqsanları aradan qaldırmaq çox baha başa gəlir, əgər yoxlamanı ləğv etmək alınırsa, onu ləğv edək”.

Q.Özdəmirin sözlərinə görə, “Qrand Qartal” hoteldə yoxlama aparılması ilə bağlı qərarın ləğvi üçün yazılan ərizə 24 dekabr 2024-cü ildə idarəyə təqdim edilib: “Cəmi bir gün sonra Bolu Bələdiyyə sədrinin müavini Sədat Gülənər yanğınsöndürmə idarəsinin hotel yoxlamasını ləğv edib”.

Banner
Fırtına nəticəsində 2 nəfər ölüb, 90 min ev işıqsız qalıb

Fırtına nəticəsində 2 nəfər ölüb, 90 min ev işıqsız qalıb

Dünya
26 oktyabr 2026 380 baxış
Ukrayna HHM sistemlərinin verilməsi yubanır

Ukrayna HHM sistemlərinin verilməsi yubanır

Dünya
26 oktyabr 2026 380 baxış
ABŞ hərbi bazasında BYD qadağası

ABŞ hərbi bazasında BYD qadağası

Dünya
26 oktyabr 2026 380 baxış
İrana qarşı 96 saatlıq hücum iddiası

İrana qarşı 96 saatlıq hücum iddiası

Dünya
26 oktyabr 2026 380 baxış
"Səbrimizi sınamayın, elə hücum edərik ki..." | İran İsraildəki seçkilərə müdaxilə edəcək? - Baku TV

"Səbrimizi sınamayın, elə hücum edərik ki..." | İran İsraildəki seçkilərə müdaxilə edəcək? - Baku TV

Dünya
26 oktyabr 2026 380 baxış
Ukrayna Rusiyanın daha hansı istehsal müəssisələrini hədəfə aldı? - Baku TV CANLI

Ukrayna Rusiyanın daha hansı istehsal müəssisələrini hədəfə aldı? - Baku TV CANLI

Dünya
26 oktyabr 2026 380 baxış
Hörmüz boğazının açılması müqabilində İran nə istəyir? - AKTUAL GÜNDƏM

Hörmüz boğazının açılması müqabilində İran nə istəyir? - AKTUAL GÜNDƏM

Dünya
26 oktyabr 2026 380 baxış
Məkkə Müdafiə İttifaqının yüksəkvəzifəli rəsmiləri İrana səfər edəcəklər - Baku TV

Məkkə Müdafiə İttifaqının yüksəkvəzifəli rəsmiləri İrana səfər edəcəklər - Baku TV

Dünya
26 oktyabr 2026 380 baxış
Paşinyan “üçbaşlı müharibə partiyası” deyəndə kimləri nəzərdə tutur? - Baku TV CANLI

Paşinyan “üçbaşlı müharibə partiyası” deyəndə kimləri nəzərdə tutur? - Baku TV CANLI

Dünya
26 oktyabr 2026 380 baxış
“Mümkün hücuma daha güclü zərbələrlə cavab veriləcək”

“Mümkün hücuma daha güclü zərbələrlə cavab veriləcək”

Dünya
26 oktyabr 2026 380 baxış
Seçilmişlər
icon