Türkiyədən İraqın şimalında antiterror əməliyyatı
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin Milli Müdafiə Nazirliyi İraqın şimalında "Pəncə-Kilid” əməliyyatı bölgəsində terrorçulara məxsus çoxlu sayda silah və sursatın ələ keçirildiyini bildirib.
Bu barədə nazirliyin "X" hesabında paylaşım edilib.
Açıqlamada bildirilib ki, əməliyyat bölgəsində təsbit edilən 6 mağara/tuneldə PKK terrorçularına aid çoxlu sayda silah və sursat ələ keçirilib.
Məlumata görə, ələ keçirilənlər arasında 2 ədəd reaktiv yaylım atəşi, 2 ədəd piyada əleyhinə mina, 2 ədəd PUA ilə gücləndirilmiş mina, 35 ədəd “Doçka” pulemyotu, 2 minaatan sursat, 2 siqnal aşkarlama cihazı, 8 sursat qutusu, 7 yanacaq dolu kanistr, 1 dağılmış, tərk edilmiş sığınacaq olub.
"Qəhrəman əsgərlərimiz terrorçuların yuvalarına girməyə davam edəcək", – deyə açıqlamada vurğulanıb.
#Türkiyə Milli Müdafiə Nazirliyi teqi istifadə olunub
- Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV
- Yunanıstanın hərbi addımı nəyə hazırlıqdır?
- “Yıldırımhan” adlı qitələrarası ballistik raket 6000 km məsafədəki hədəfləri vura biləcək
- Türk Korpusu üçün regional qərargahın yaradılması nəzərdə tutulur | Zəki Aktürk
- Türkiyəyə ballistik raket atılmasını qətiyyətlə pisləyirik | Azərbaycan Müdafiə Nazirliyi
