Pleyeri seçin:

Türkiyəyə qarşı gizli planın ifşası | Coşqun Başbuğ sirləri açdı

16 may 2024 680 baxış

“MHP sədri Dövlət Baxçalı sonuncu çıxışı zamanı etdiyi xəbərdarlıqda xüsusi məqamlara toxundu, bu işin dövlətə qarşı daha böyük planın tərkib hissəsi olduğuna diqqət çəkdi”.

Bu sözləri Türkiyədə dövlət çevrilişi ehtimalı və baş verən son proseslər haqqında danışan istefada olan kəşfiyyat polkovniki Coşqun Başbuğ deyib.

Polkovnik ssenarinin eyni olduğunu qeyd edib:

“Hazırda ortada milli və beynəlxalq məsələlərdə sərgilədiyi mövqedən dolayı dövlətimizə qarşı hazırlanan bir əməliyyat var. Bu əməliyyatı həyata keçirmək istəyənlərin də arxasında duran FETÖ və onu himayə edənlərdir. Çünki izlənən yol, taktikalar və metodlar eynidir. Əvvəl də eyni ssenari üzrə hərəkət etdilər. Uydurma dəlillər, tapşırıqlı gizli şahidlərin saxta ifadələri ilə insanlar zərbə altına qoyuldu. İndi də həmin vaxtlara geri qayıtmaq, Türkiyəni qarışdırmaq istəyirlər. Məqsədləri isə dövlətimizi zəiflədərək hər yerdən əlini çəkməsinə, özünə qapanmasına nail olmaqdır. Ancaq dövlətimiz bütün bunları görür və bunların hamısına cavab verməyə gücümüz var. Dolayısı ilə 17-25 dekabr 2013-cü il tarixindəki kimi bir əməliyyat planlaşdırırdılar. Ancaq dövlətimiz kirli planın gerçəkləşdirilməsinə imkan vermədi və onların üzərinə çökdü. Həyata keçirilən istintaq fəaliyyətləri çərçivəsində həbs edilənlər var”.

O bildirib ki, hazırda bu proses daha çox Daxili İşlər Nazirliyi orqanlarında həyata keçirilir:

“Ancaq yeni faktlar üzə çıxdıqca əməliyyatın genişlənəcəyini və digər nazirlikləri, dövlət qurumlarını, medianı da əhatə edəcəyini düşünürəm. Türkiyənin dövlətçilik təcrübəsi yüz illərlə, min illərlə ölçülür.

Belə şeylərlə heç nə əldə edə bilməzlər. Xalqımız hər şeyi görür, dövlətimiz də bütün strukturları ilə daim ayaq üstündədir”.

Banner
Zaporojye vilayətində zərbə nəticəsində 30-a yaxın insan həlak olub

Zaporojye vilayətində zərbə nəticəsində 30-a yaxın insan həlak olub

Dünya
03 noyabr 2026 680 baxış
Rusiya yeni zərbələrə hazırlaşır?

Rusiya yeni zərbələrə hazırlaşır?

Dünya
03 noyabr 2026 680 baxış
Moskvanın Türk Dövlətləri Təşkilatında iştirakı zəruridirmi?

Moskvanın Türk Dövlətləri Təşkilatında iştirakı zəruridirmi?

Dünya
03 noyabr 2026 680 baxış
Miqrantlar üçün tələb olunan minimum yaşayış müddəti 5 ildən 10 ilə qaldırılacaq

Miqrantlar üçün tələb olunan minimum yaşayış müddəti 5 ildən 10 ilə qaldırılacaq

Dünya
03 noyabr 2026 680 baxış
Terror aktının qarşısı alınıb, silahlıların biri məhv edilib, bəziləri saxlanılıb

Terror aktının qarşısı alınıb, silahlıların biri məhv edilib, bəziləri saxlanılıb

Dünya
03 noyabr 2026 680 baxış
Fransada məhbusların sayı rekord həddə çatıb

Fransada məhbusların sayı rekord həddə çatıb

Dünya
03 noyabr 2026 680 baxış
Qazaxıstanda dövlət çevrilişinin qarşısı alındı

Qazaxıstanda dövlət çevrilişinin qarşısı alındı

Dünya
03 noyabr 2026 680 baxış
Əraqçi dialoq üçün İranın şərtlərini açıqlayıb

Əraqçi dialoq üçün İranın şərtlərini açıqlayıb

Dünya
03 noyabr 2026 680 baxış
ABŞ-də atışmalar zamanı 12 nəfər ölüb, 50-dən çox insan yaralanıb

ABŞ-də atışmalar zamanı 12 nəfər ölüb, 50-dən çox insan yaralanıb

Dünya
03 noyabr 2026 680 baxış
“Nə Rusiya, nə də Ukrayna bunu açıqlayacaq ki...” | Oleşkidə atəşkəs elanı - Baku TV

“Nə Rusiya, nə də Ukrayna bunu açıqlayacaq ki...” | Oleşkidə atəşkəs elanı - Baku TV

Dünya
03 noyabr 2026 680 baxış
Seçilmişlər
icon