Türklər hər şeyi ələ keçirdi, amma... | Gümrünün yeni seçilən merindən Rusiyaya dəstək mesajı
Yeniliklərdən dərhal xəbərdar olun
“Əgər ruslar olmasaydı, Ermənistanın 29,8 min kvadratkilometr ərazisi də olmazdı”.
Bunu Ermənistanın ikinci böyük şəhəri olan Gümrünün yeni seçilən meri Vardan Qukasyan deyib.
O, 1920-ci ildə Sevr şəhərində imzalanmış müqaviləni xatırladaraq bildirib ki, həmin sənəd çərçivəsində ingilislər və fransızlar ermənilərə 160 min kvadratkilometr torpaq vəd etmişdilər:
“Nəticədə bir neçə aydan sonra türklər hər şeyi ələ keçirdilər, bizi Aleksandropol müqaviləsini imzalamağa məcbur etdilər və bizə cəmi 9,7 min kvadratkilometr ərazi buraxdılar. Əgər ruslar olmasaydı, bizim bugünkü 29,8 min kvadratkilometr ərazimiz də olmayacaqdı”.
V.Qukasyan özünü Ermənistanın maraqları ilə hərəkət edən, ermənipərəst siyasətçi adlandırsa da, Belarus nümunəsində olduğu kimi, Rusiya ilə ittifaq dövləti tərəfdarı olduğunu vurğulayıb.
Qeyd edək ki, aprelin 16-da Gümrü Ağsaqqallar Şurasının ilk iclasında Vardan Qukasyan şəhərin meri seçilib. Onun lehinə 18 nəfər səs verib. İclasda hakim Mülki Müqavilə Partiyasının 14 nəfərdən ibarət fraksiyası iştirak etməyib.
#Ermənistan teqi istifadə olunub
- 1914-cü ilədək bütünlüklə azərbaycanlılardan ibarət olan tarixi kəndimiz - Baku TV
- Qaraqayadan Dzoravanka: Azərbaycan kəndinin unudulmayan tarixi - YOXA ÇIXMIŞ SİVİLİZASİYA
- “Biz döyüş meydanında cavab verdik, kimin kim olduğunu hər kəs gördü” | Prezident - Baku TV
- “Onlar bəzilərinin qucağına sığınmışdılar, Bakıya tanklarla gəlmək istəyirdilər...” | Prezident
- "İşğalla barışmaq niyyətində deyildik" - Prezident ölkəmizə qarşı qarayaxma kampaniyasından danışdı
