Pleyeri seçin:

Türklər Tatlısəsin qızını tənqid etdi: Qəzzaya görə matəm gününə etiraz

21 oktyabr 2023 396 baxış

Türkiyəli sənətçi İbrahim Tatlısəsin müğənni qızı Dilan Çıtak Tatlısəs Qəzzada xəstəxanaya atılan raket nəticəsində həyatını itirənlər üçün Türkiyədə 3 günlük milli matəm elan edilməsinə etiraz edib.

Bu barədə o, sosial media hesabında yazıb. Belə ki, matəmə görə onun konserti təxirə salınıb.

"Matəm səbəbi ilə təsirlənən yeganə sektor niyə musiqi olmalıdır? Evləndirmək, təmizlik, yemək proqramları hələ də televizorda verilir. Musiqi sektorunda olanlar üçün işləmək lüks hesab olunur? Əgər milli matəmdirsə, onda televizorda təqdim olunan bütün yayımlara tətbiq olunmalıdır", – deyə ifaçı bildirib.

Dilanın paylaşımı sosial media izləyiciləri tərəfindən birmənalı qarşılanmayıb və tənqid olunub. İradların ardından o, yenidən paylaşım edib:

"Mən konsertlər dayandırılmasın demədim. Matəmdirsə, bütün millət tutmalıdır. Təkcə sənət deyil, futbol da televizorda yayımlanmamalıdır. Yoxsa başqa cür ancaq sənət yası olur və ədalətsiz şəkildə milli matəm adlandırılır".

Xatırladaq ki, daha əvvəl türkiyəli müğənni Zeynep Bastık da bununla bağlı etirazını “Instagram” hesabında bildirib və tənqid atəşinə tuş gəlib.

Qeyd edək ki, oktyabrın 17-si axşam saatlarında Qəzzada yerləşən xəstəxanaya raket zərbəsi endirilib. İsrail Ordusu hadisə ilə bağlı araşdırma aparıldığını və insidentin “İslami Cihad” qruplaşması tərəfindən uğursuz raket buraxılışı nəticəsində baş verdiyini bildirib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın fərmanı ilə matəm ölkədə oktyabrın 21-i axşam bitəcək.

Banner
Netanyahudan sonra nə baş verəcək: İran və Türkiyə üçün yeni ssenari? - AKTUAL GÜNDƏM

Netanyahudan sonra nə baş verəcək: İran və Türkiyə üçün yeni ssenari? - AKTUAL GÜNDƏM

Dünya
28 oktyabr 2026 396 baxış
Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI

Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 396 baxış
Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 396 baxış
Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Dünya
28 oktyabr 2026 396 baxış
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 396 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 396 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 396 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 396 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 396 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 396 baxış
Seçilmişlər
icon