Üç körpü, sursat anbarı və idarəetmə məntəqələri vuruldu
Yeniliklərdən dərhal xəbərdar olun
Ukrayna Ordusu Donetsk vilayətinin Novoazovsk rayonu yaxınlığındakı avtomobil körpüsü, həmçinin Luqansk vilayətində yerləşən iki dəmir yolu körpüsünə zərbə endirib.
Bu barədə Ukrayna Ordusunun Baş Qərargahı “Telegram” kanalında məlumat yayıb.
Bildirilib ki, Rusiya Ordusu bu obyektlərdən şəxsi heyətin, silah-sursatın və maddi-texniki vasitələrin daşınması üçün istifadə edib.
Bundan başqa, Luqansk vilayətinin Novosvitlivka yaşayış məntəqəsi yaxınlığında Rusiya Ordusuna məxsus maddi-texniki təminat anbarı vurulub. Həmçinin Zaporojye vilayətinin Qulyaypole, Rusiyanın Kursk vilayətinin Tyotkino və Donetsk vilayətinin Baxmut rayonlarında Rusiyaya məxsus üç pilotsuz uçuş aparatı idarəetmə məntəqəsi, eləcə də Donetsk vilayətinin Velikaya Novosilka rayonu yaxınlığında radioelektron mübarizə bölməsinin idarəetmə məntəqəsi hücuma məruz qalıb.
#Ukrayna Ordusu teqi istifadə olunub
- Strateji obyektə hücum Moskvanın raket proqramını ləngidə bilərmi? - Baku TV
- Türkmənistandan qayıdan Rusiya nümayəndə heyəti səmada qaldı - Baku TV
- Neft zavodlarına zərbələr Putinin müharibə planlarını dəyişdirə bilərmi? - Baku TV
- Ukrayna Ordusundan neft sənayesinə ağır zərbə
- Ukrayna ordusu Rusiyanın bir neçə bölgəsinə zərbələr endirib - Baku TV CANLI
