Pleyeri seçin:

Üç postsovet ölkəsi müharibə hazırlığında | Ukraynadan sonra hədəf bizik!

07 aprel 2025 634 baxış

NATO Rusiyanın Baltikyanı ölkələrə mümkün müdaxiləsinə hazırlaşır. Bununla əlaqədar Estoniya, Latviya və Litva Rusiya və Belarusla sərhədin gücləndirilməsini nəzərdə tutan “Baltikyanı müdafiə xətti” hazırlayır.

Bu barədə “The Telegraph” yazır.

Plana sərhəddə 1000 beton bunkerin tikintisi də daxildir, bunlardan 600-nün Estoniyada yerləşdirilməsi planlaşdırılır. Müdafiə xətti səngərlər, tank əleyhinə istehkamlar, silah-sursat və təchizat anbarları ilə gücləndiriləcək.

Nəşr tikintinin yüksək sürətlə getdiyini vurğulayıb. Bununla belə, tamamlanması onilliklər çəkə bilər.

Litvanın keçmiş xarici işlər naziri Qabrielius Landsberqis Rusiya təhlükəsi barədə xəbərdarlıq edib:

“Rusiya təhlükəsi ilə üzləşməyə hazırlaşmaq üçün bizə on il lazımdır. Vladimir Putin bizi bu 10 ili gözləməyə qoymayacaq. Baltikyanı ölkələr üçün ən təhlükəli vaxt Ukraynada atəşkəsdən dərhal sonra gələcək”.

Danimarka kəşfiyyatının hesabatında da bildirilir ki, Ukraynada müharibə dayandırıldıqdan və ya dondurulduqdan sonra Rusiya NATO-ya qarşı müharibəyə başlamaq üçün tez bir zamanda yenidən silahlanacaq.

Analitiklərin fikrincə, altı aydan sonra Rusiya onunla həmsərhəd olan ölkədə lokal müharibə aparmaq imkanı əldə edəcək. Proqnozlara görə, Moskva iki ildən sonra Baltik dənizi regionunda bir neçə ölkəyə qarşı regional, beş ildən sonra isə Avropada genişmiqyaslı müharibəyə hazır olacaq.

Banner
İranın hərbi potensialı müzakirə mövzusu oldu

İranın hərbi potensialı müzakirə mövzusu oldu

Dünya
12 noyabr 2026 634 baxış
İranla saziş gündəmdən çıxır, Meksikaya tariflər artırılır?

İranla saziş gündəmdən çıxır, Meksikaya tariflər artırılır?

Dünya
12 noyabr 2026 634 baxış
Ölən və xəsarətalanlar var

Ölən və xəsarətalanlar var

Dünya
12 noyabr 2026 634 baxış
İranın mümkün sui-qəsd planları ilə bağlı təhlükəsizlik tədbirləri gücləndirilib

İranın mümkün sui-qəsd planları ilə bağlı təhlükəsizlik tədbirləri gücləndirilib

Dünya
12 noyabr 2026 634 baxış
Qəzza zolağının cənubuna İsrail növbəti hava zərbəsi endirdi - Baku TV CANLI

Qəzza zolağının cənubuna İsrail növbəti hava zərbəsi endirdi - Baku TV CANLI

Dünya
12 noyabr 2026 634 baxış
Türkmənistan ordusunda gözlənilməz dəyişiklik: ölkənin hərbi arsenalında nələr var? - HƏRBİ XRONİKA

Türkmənistan ordusunda gözlənilməz dəyişiklik: ölkənin hərbi arsenalında nələr var? - HƏRBİ XRONİKA

Dünya
12 noyabr 2026 634 baxış
Dublin sammitində Kiyevin maliyyə ehtiyacları və hərbi imkanları əsas müzakirə mövzularından olub

Dublin sammitində Kiyevin maliyyə ehtiyacları və hərbi imkanları əsas müzakirə mövzularından olub

Dünya
12 noyabr 2026 634 baxış
İran dünyanın istənilən nöqtəsində hərbi əməliyyat keçirəcək? - Baku TV CANLI

İran dünyanın istənilən nöqtəsində hərbi əməliyyat keçirəcək? - Baku TV CANLI

Dünya
12 noyabr 2026 634 baxış
Ərdoğan Si Cinpinin xüsusi nümayəndəsi Han Zhenglə nələri müzakirə etdi?

Ərdoğan Si Cinpinin xüsusi nümayəndəsi Han Zhenglə nələri müzakirə etdi?

Dünya
12 noyabr 2026 634 baxış
Ermənistanın KTMT-də bundan sonrakı taleyi necə olacaq?

Ermənistanın KTMT-də bundan sonrakı taleyi necə olacaq?

Dünya
12 noyabr 2026 634 baxış
Seçilmişlər
icon