Üçüncü Dünya müharibəsini ABŞ başladır | İrana qarşı bu addım hər şeyi dəyişəcək!
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ ilə İran arasında mövcud gərginlik qlobal münaqişəyə çevrilə bilər.
Bu barədə İndoneziya Prezidenti Prabovo Subianto “Kompas” nəşrinin “YouTube” kanalında yayımlanan müsahibəsində danışıb.
Onun sözlərinə görə, hazırda dünya təhlükəli hegemonluq mübarizəsinin mərkəzindədir və bu vəziyyət Üçüncü Dünya müharibəsinə gətirib çıxara bilər.
“Hazırda qlobal qeyri-sabitlik dövrünü yaşayırıq. Bu, dünyanın hegemonluğu uğrunda təhlükəli mübarizədir və nəticədə Üçüncü Dünya müharibəsinə səbəb ola bilər. Mən zarafat etmirəm. Amerika İrana hücum etməyə hazırdır, Rusiya isə bildirir ki, İrana hücum etsəniz, mənimlə - Rusiya ilə qarşılaşacaqsınız”, – Prezident vurğulayıb.
O qeyd edib ki, İndoneziyanın hərbi alyanslara qoşulmamaq mövqeyi məntiqlidir, lakin nüvə silahından istifadə ediləcəyi halda bu neytrallıq ölkəni xilas etməyəcək.
Bu səbəbdən Subianto beynəlxalq ictimaiyyəti birgə hərəkət etməyə və müasir çağırışlara birlikdə qarşı durmağa çağırıb.
#ABŞ teqi istifadə olunub
- Seçkilərin nəticələri Trampın xarici siyasətinə necə təsir edəcək? - Baku TV
- ABŞ Prezidentindən gözlənilməz qərar | Yaxın Şərqdə ara yenidən qarışır? - Baku TV CANLI
- Sazişin adada iki yeni hərbi baza yaratmağa imkan verdiyi bildirilir
- Avropa bu razılaşmaya nə deyəcək? | “Hazırkı real vəziyyət göstərir ki...” - Baku TV
- 22 aylıq plan | İran uzunmüddətli müharibəyə nə dərəcədə hazırdır? - Baku TV
